dini radikalizm və ekstremizmlə mübarizə

AZƏRBAYCAN TÜRKİYƏ

AZƏRBAYCAN TÜRKİYƏ

Azərbaycan adına and içildi,
Namus bilib, şirin candan keçildi.
Oğulların şəhidlikdə seçildi,
Dur ayağa Azərbaycan!
Bir millətdə iki can,
Azərbaycan Türkiyə!
Sən Mustafa Atatürkün Vətəni,
Haqq söyləyər Heydərimin Vətəni.
Qəhrəmanlar,Mübarizlər Vətəni,
Dur ayağa!Yaraların verir qan.
Bir millətdə iki can,
Azərbaycan Türkiyə!
Bir millətdə iki dövlət,
Dünyada qazandınız şöhrət.
Eyni arzu, eyni niyyət,
Bir millətdə iki can,
Azərbaycan Türkiyə!
Zəfərinlə yürüyürsünüz irəli,
Bu döyüşdə kömək olacaq Əli.
Düşmən zəfərindən olubdur dəli,
Bir millətdə iki can,
Azərbaycan Türkiyə!
Bayrağım qürurum, dinim vüqarım,
Əsir düşənlərim, namusum, arım.
Doğma Türkiyəmdir canımda yarım,
Biz bir ruhda iki canıq,
Azərbaycan Türkiyə!
İlhamım tək, Ərdoğan tək başqanım,
Torpaqlara tökülübdür baş-qanım.
Hər şəhidin andyerim, şirin canım,
Siz birləşib verin cavab.
İki qardaş, iki can,
Azərbaycan Türkiyə!
Od içində Xocalımda,
Füzulimdə, Cəbrayılım,
Kəlbəcərim, Xocavəndim,
Lacınımsa ağrı dağım.
Torpaqlarım işğal altda,
saysam bitməz ağrılarım,
Dur ayağa igidlərim,
Azərbaycan Türkiyə!
Artıq bəsdir, nəsillərə
vermiş olduq, işğal dərdin,
Biz yazmışıq tarix adlı
varaqlara, işgal dərdin.
Yetər artıq səfərbər et ey komandan,
İlham atam, Tayyib Ərdoğan.
Qoy qalmasın qılınc qında,
Çıxaq mərdlər savaşına,
Toxunmaz bu arzu daşa.
Azərbaycan Türkiyə!
Gələcəksə yenə başa ,
ölüm qalım savaşıda
Səfərbər et ey komandan,
döyüşlərdə bizi sına.
Qoy bu ləkə bəyaz olsun,
Qız-gəlinim əsirlikdən azad olsun,
Qoy sevincdən gözlər dolsu.
Sulayaq qoy torpaqları,
şəhidlərin al qanıyla.
Şəhid verək qoy son dəfə,
İki qardaş, iki can!
Azərbaycan Türkiyə!


Almaz İlahə Əhmədova

Oxunub: 871
Oxşar xəbərlər
SON XƏBƏRLƏR