dini radikalizm və ekstremizmlə mübarizə

Elmi əməkdaşlıqdan dayanıqlı gələcəyə: MDU-nun həmtəşkilatçılığı ilə VIII Avrasiya Konfransı işə başlayıb


Bakı şəhərində Mingəçevir Dövlət Universiteti (MDU) və Coğrafiya İnstitutunun birgə təşkilatçılığı, eləcə də beynəlxalq tərəfdaşların iştirakı ilə VIII Avrasiya Konfransının ("RISK-2026") rəsmi açılış mərasimi keçirilib.

Müxtəlif ölkələrdən gəlmiş tanınmış alim və tədqiqatçıları bir araya gətirən möhtəşəm tədbirdə su və enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, hidrotexniki qurğuların etibarlılığı və dayanıqlı inkişaf kimi qlobal məsələlər geniş müzakirə olunur.

Açılış mərasimində çıxış edənlər müasir universitetlərin təkcə bilik ötürən müəssisə deyil, qlobal çağırışlara elmi və innovativ həllər təqdim edən, beynəlxalq tədqiqat əməkdaşlığını gücləndirən mərkəzlərə çevrilməsinin vacibliyini diqqətə çatdırıblar. Həmçinin bu beynəlxalq konfransın Mingəçevir şəhərinin elmi və sənaye potensialının dünya miqyasında tanıdılması baxımından mühüm rola malik olduğu vurğulanıb.

MDU rəhbərliyi beynəlxalq konfransın təşkilində əməyi olan bütün tərəfdaş qurumlara, xüsusilə Coğrafiya İnstitutunun direktoru Zaur İmraniyə, "AMIR Texniki Xidmətlər" şirkətinin direktoru, professor Vüqar Əliyevə, eləcə də tədbirdə iştirak edən bütün alim və tədqiqatçılara dərin təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.




Oxunub: 15
Oxşar xəbərlər
SON XƏBƏRLƏR