Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin təşkilatçılığı ilə sentyabrın 21-də ali təhsil ocağında Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycandakı nümayəndəsi Klaudio Kasperin iştirakı ilə seminar təşkil olunub.
Tədbir "Almaniyada təhsil" mövzusuna həsr edilib. Seminar çərçivəsində tələbələrə Almaniya universitetlərinə müraciət qaydaları, bakalavr və magistratura səviyyələri üzrə mövcud təhsil imkanları, eləcə də DAAD-nin təqdim etdiyi müxtəlif təqaüd proqramları və onların müraciət şərtləri barədə ətraflı məlumat verilib.
Sessiya zamanı nümayəndə K. Kasper tələbələrin suallarını cavablandırıb və onların gələcək akademik planlarının qurulması üçün dəyərli tövsiyələrini bölüşüb.
Oxunub: 30