2026-cı il aprelin 14-də Xəzər Universitetinin nümayəndə heyəti Türkiyənin Yeditepe Universitetinə səfəri çərçivəsində universitetin Biotexnologiya Laboratoriyasını ziyarət edib.
Ziyarət zamanı nümayəndə heyətinə laboratoriyanın fəaliyyəti, əsas tədqiqat istiqamətləri və burada tətbiq olunan müasir texnologiyalar barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, laboratoriyada biotexnologiya sahəsində innovativ yanaşmalar tətbiq olunur və müxtəlif elmi layihələr həyata keçirilir.
Nümayəndə heyəti laboratoriyanın elmi infrastrukturu ilə yaxından tanış olub, aparılan tədqiqatların praktiki əhəmiyyəti və beynəlxalq əməkdaşlıq imkanları barədə müzakirələr aparıb.
Görüş çərçivəsində tərəflər gələcəkdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi perspektivlərini də dəyərləndiriblər.
Oxunub: 17