dini radikalizm və ekstremizmlə mübarizə

"Mingəçevir şəhərində şagird olimpiada ehtiyatlarının hazırlığı mərkəzi" uğurla icra olunur.


Djb.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi qalibi Mingəçevir şəhər S.Vurğun adına 16 saylı tam orta məktəbin "Mingəçevir şəhərində şagird olimpiada ehtiyatlarının hazırlığı mərkəzi" layihəsi çərçivəsində fəaliyyətlər icra
planına uyğun olaraq uğurla davam etməkdədir.

Layihə rəhbəri, məktəbin direktoru Sevinc Həsənovanın verdiyi məlumata görə layihənin icrasına oktyabrdan başlanmış, mayda bağlanışı həyata keçiriləcək.

S.Həsənova bildirirki, təlimlərdə tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə 20 nəfər olmaqla ümumilikdə 100 şagirdin iştirakı planlaşdırılırdı. Müsahibələr zamanı layihəyə marağın çox olduğundan Tarix 34, Kimya 30, Coğrafiya 29, Fizika 29, Biologiya üzrə 22 şagird təlimlərə cəlb olundu. Hazırda təlimlər icra planına uyğun olaraq həm onlayn həm də, oflayn formatda davam etməkdədir.

Tədrisin keyfiyyətinin yoxlanılması məqsədi ilə icra planında müəyyən olunmuş vaxtlarda fənlər üzrə imtahanlar həyata keçirilir.


Qeyd edək ki, layihənin məqsədi Mingəçevir şəhərinin şagirdləri arasında fizika, kimya, biologiya, coğrafiya və tarix elm sahələrinə marağı artırmaq, xüsusi akademik istedadı, məntiqi və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təmin etmək, bu istiqamətdə davamlı tədbirlər həyata keçirmək.

Sonda fəallılığı ilə seçilən şagirdlər təltif ediləcəklər.






Oxunub: 1 516
Oxşar xəbərlər
SON XƏBƏRLƏR