dini radikalizm və ekstremizmlə mübarizə

IV KURS TƏLƏBƏLƏRİNİN BÜTÜN KƏSRLƏRİ ƏFV OLUNMALI VƏ ONLARA GÜZƏŞT EDİLMƏLİDİR!


Hamımızın da bildiyi kimi, IV kurs tələbələri artıq Ali məktəbi başa vurmaq və tamamilə yeni bir həyata qədəm qoymaq mərhələsindədirlər. Lakin çox təəssüflər olsun ki, əlli faizdən də artıq tələbənin bir çox kəsrləri var və bunlar son kurs tələbələrinin Ali məktəbi vaxtında bitirməklərinə çox böyük bir maneələr törədir, üstəlik onları hələ 1-2 il də geri atır. Bu isə, arzuolunan deyil. Çünki, yaşı çox olan və gec qəbul olunan tələbələr də vardır ki, onlar kəsrlərə görə Universiteti zamanında bitirə bilmir. Mən demirəm ki, bütün kurs tələbələrinin kəsrləri ləğv olunsun, heç olmasa, IV kurs tələbələrinin son pillədə olduqları nəzərə alınaraq və onlara dəstək üçün bütün kəsrləri əfv edilməlidir! Bir daha qeyd etmək istəyirəm ki, son kurs tələbələrindən bəzilərinin yaşı çoxdur, bəzilərinin şəxsi problemləri var, bəzilərinin isə vaxtı çox azdır. Onlar kəsrlərə görə əlavə 1 il də vaxt itirərək geri düşməməlidirlər. Cənab Prezidentdən, Təhsil Nazirindən və bu məsələ ilə məşğul olan digər aidiyyatı qurumlardan xahiş edirik ki, son kurs tələbələrinin sırf axırıncı kurs olmaları nəzərə alınaraq onların məsələlərinin yüngülləşdirilməsi istiqamətində kömək etsinlər və IV kurs tələbələrinin Ali məktəbi məhz vaxtında bitirməklərinə şərait yaratsınlar. Ümumiyyətlə, hər bir tələbə Azərbaycanımızın gələcəyi, sütunu, özülü və dayağıdır; öz bacarığı, potensialı sayəsində vətənin, millətin, dövlətin başını uca edəndir. Bir sözlə, bütün IV kurs tələbələrinin ümumi kəsrlərinin hamısının əfv edilməsi heç şəkk-şübhəsiz ki, onların hədsiz sevincinə və sonsuz minnətdarlığına səbəb olacaqdır!

Ərtoğrul Aypar

Oxunub: 1 240
Oxşar xəbərlər
SON XƏBƏRLƏR