dini radikalizm və ekstremizmlə mübarizə

İki peşə təhsil müəssisəsi birləşərək bir publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək

İki peşə təhsil müəssisəsi birləşərək bir publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək

Ötən gün Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 nömrəli Bakı Peşə Məktəbi və Azərbaycan Dövlət Dəmir Yolu Liseyi birləşdirilərək, onların bazasında yaradılan “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs statusu əldə edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, sözügedən Mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq, nəzərdə tutulmuş qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlamaq, subbakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil vermək, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq, dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək və həmçinin qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanına malik olacaqlar.

Qeyd edək ki, peşə təhsil müəssisələrinin publik hüquqi şəxs qismində fəaliyyət göstərməsi istiqamətində işlər 2019-cu ildən başlanılıb. Hazırda 6 peşə təhsil mərkəzi publik hüquqi şəxs qismində fəaliyyət göstərməkdədir.

Oxunub: 1 460
Oxşar xəbərlər
SON XƏBƏRLƏR