dini radikalizm və ekstremizmlə mübarizə

IV KURS TƏLƏBƏLƏRİ ÜÇÜN MÜTLƏQ BİR ŞƏKİLDƏ ALİ MƏKTƏBLƏR AÇILMALI VƏ ONLARA GÖRƏ ƏNƏNƏVİ DƏRSLƏR YENİDƏN TƏŞKİL EDİLMƏLİDİR!


Yuxarı kurs tələbələri ümid edirdi ki, heç olmasa, yeni tədris ilində dərslər artıq dədə-baba qaydası ilə başlayacaqdır və qeyri-ənənəvi təhsil forması olan onlayn-distant ləğv ediləcəkdir. Lakin çox təəssüf hissi ilə bildirmək istəyirik ki, gözlənilənin əksi oldu. Başa düşürük ki, tətbiq edilənlər vətəndaşların xeyiri üçündür. Amma burada bir məsələ də vardır ki, zahirən yaxşı görünən bir çox şey, əslində, insanların bəzi təbəqələrinin zərər-ziyanına çevrilə bilir. Məsələn, yuxarı kurs tələbələri ciddi bir mərhələ keçir, ancaq onlar üçün bu tədris forması problemdən və əngəldən başqa bir şey deyildir. Çünki, IV kurs tələbələri artıq növbəti il Ali məktəbi bitirmək üzrədirlər və onlar ciddi bir həyata qədəm qoyurlar. Onun üçün də, gərəkdir ki, onlar ənənəvi dərs prosesindən bir an belə olsun ki, kənarda qalmasınlar. Bu, onların yalnız zərərinə olacaqdır. Çünki, onlayn-distant tədris üsulu faydasızdır və onun tələbələr üçün heç bir keyfiyyətli təsiri olmayacaqdır. Əksinə, müəllimdən, dərsdən və Universitetdən uzaq düşərək daha da soyuqlaşacaqlar. Mən özüm də IV kurs tələbəsiyəm və şəxsən özüm də arzu edirəm ki, dərslər yenidən ənənəvi qaydada bərpa olunsun və mən də əyani bir şəkildə öz dərslərimdə iştirak edə bilim. Mən də mart-iyul ayları arasında onlayn-distant dərs metodundan heç bir fayda və səmərə görmədim, əksinə, bir xeyli problemlərim oldu. Odur ki, Ali məktəblər mütləq bir şəkildə yenidən bərpa olunmalıdır: heç olmasa, ən azından IV kurs tələbələri nəzərə alınmalı və onlar üçün dərslər əyani formada tədris edilməlidir. Çünki, yuxarı kurs tələbələrinin çox işləri, problemləri vardır. Məsələn, bir çoxunun kəsirləri, 25% imtahanları, fərq imtahanları, alt qrupları vardır, hələ qarşıdan dövlət imtahanı gəlir, onlar bunları onlayn şəkildə verə bilməzlər; gərək, əyani şəkildə iştirak etsinlər ki, Universitetdəki xırda çətinliklərini həll edə bilsinlər. Bundan əlavə, elə hamı onlayn-distant qaydadan istifadə edə bilmir: bir çoxunun kompüteri, telefonu, planşeti və interneti yoxdur. Həm də ki, gözləri zəif olan tələbələr də vardır ki, onlar, ümumiyyətlə, ekran qarşısında çox otura bilmirlər. Bunları taleyin ümidinə buraxmaq olmaz. Virus, mikrob, bakteriya və növbənöv xəstəliklər həmişə olub və olacaqdır da. Buna görə təhsil sistemini iflic vəziyyətə salmaq olmaz, bu, tamamilə məntiqsizcəsinə atılan bir addımdır. Orta məktəbləri deyə bilmərəm, amma Ali məktəb məsələsi olduqca çox ciddi bir məsələdir. Buna ötəri bir şəkildə yanaşılmamalıdır. Bir daha nəzərinizə çatdırıram ki, onlayn-distant tədris üsulu qeyri-ənənəvi bir təhsilvermə metodudur və onun Azərbaycan gəncləri üçün heç bir uğuru, faydası olan deyil. Yaxşı olar ki, bu işlər ilə məşğul olan aidiyyəti qurumlar müraciətlərimizə və xahişlərimizə ciddi bir dövlət nəzəri ilə diqqət yetirsinlər. Çox-çox, artıq dərəcədə xahiş edirik ki, heç olmasa, sırf IV kurs tələbələri üçün Ali məktəbləri bu yaxınlarda, tez bir zamanda yenidən ənənəvi şəkildə bərpa edin!

Ərtoğrul Aypar

Oxunub: 846
Oxşar xəbərlər
SON XƏBƏRLƏR