dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Dövlət Universitetində “Xalq Sığorta” ASC-nin mütəxəssisləri treninq keçiriblər


Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilati dəstəyi ilə pedaqoji və tələbə heyəti üçün “Xalq Sığorta” ASC-nin mütəxəssisləri baş mütəxəssis Emil Ağabağırov, Elnur İslamov və sığorta blogeri Toğrul Həsənov treninq keçiriblər.

Emil Ağabağırov şırkət haqqında geniş məlumat verib. Qeyd edib ki, 2005-ci ildən başlayaraq "Xalq Sığorta" ASC universal sığorta şirkəti kimi uğurla öz fəaliyyətini həyata keçirir. Şirkətin daxili siyasəti sayəsində, sığorta bazarındakı yüksək mövqeyimizi əminliklə qoruyur, ildən ilə müştərilərimizin sayını artırırıq deyə, E. Ağabağırov vurğulayıb.

Baş mütəxəssis Elnur İslamov Xalq Sığorta Şirkətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyasına əsasən 20-dən artıq könüllü və 3 icbari sığorta növünü uğurla gerçəkləşdirdiklərini bildirib. E.İslamov qeyd edib ki, “Xalq Sığorta” ASC Azərbaycan sığorta bazarının ən iri iştirakçılarındandır, onun ödənilmiş nizamnamə kapitalı 58 750 500 manat təşkil edir. Çoxşaxəli filial şəbəkəsinin sayəsində şirkət Azərbaycan Respublikasının bütün ərazisində müştərilərin maraqlarının mühafizəsini təmin edə bilir. Partnyor və müştərilər qarşısında öhdəliklərin vaxtlı-vaxtında həyata keçirilməsi sığorta bazarında şirkətə nüfuzlu ad və hörmət qazandırmışdır ki, yerli və xarici sığorta və təkrarsığorta şirkətləri ilə uzunmüddətli güvənli əməkdaşlıq əlaqələri bunu bir daha sübut edir, deyə E.İslamov bildirib.

Bloger Toğrul Həsənov təlimlərdə tələbələrə daşınmaz əmlakla bağlı məlumat verib. Şəxsi praktikasından satış taktikası haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, “Xalq Sığorta” şirkətinin fiziki şəxslərin sosial və əmlak maraqlarının qorunması istiqamətində olan çoxsaylı sığorta xidmətlərindən biri “Dasınmaz əmlakın icbari sığortasıdır”. Bu sığorta növü Azərbaycan Respublikasının ”İcbari sığortalar haqqında” qanunu ilə tənzimlənir və Azərbaycan ərazisində yaşayan bütün fiziki şəxslər üçün məcburidir.

Toğrul Həsənov bildirib ki, “Daşınmaz əmlakın icbari sığortası”-nın əsas məqsədi əmlaka dəymiş zərərə görə sığorta təzminatının vaxtında ödənilməsi ilə həm əhalinin, həm də sığortalının maraqlarını qorumaq, sosial müdafiəsini təmin etməkdir.

"Xalq Sığorta" ASC-nin nümayəndələri müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına sertifikatlar verilib, xatirə şəkilləri çəkilib.

Tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.

Oxunub: 1 017
Oxşar xəbərlər
SON XƏBƏRLƏR