dini radikalizm və ekstremizmlə mübarizə

Ağdam təhsilində nə baş verir - Ceyhun Bayramov bu rayona nəzər salmalıdır... - İTTİHAM

Ağdam təhsilində nə baş verir - Ceyhun Bayramov bu rayona nəzər salmalıdır... - İTTİHAM

Ağdam rayon təhsili indi də şöbə müdiri Misirxanova Mətanət Səhrad qızının əlində əsir-yesir qalıb. Məlumata görə, 2015-ci ildən Ağdam təhsil şöbəsinin müdiri vəzifəsini daşıyan M.Misirxanova elə rayuonu Misir fironları kimi idarə edir.

Xanım təhsil şefinin idarəçiliyi dövründə Ağdam təhsilində bir addım irəli, iki addım geriyə atılıb. Ona görə işğalda olan bölgələrin sırasında Ağdam təhsili “qabaqcıldır”.

İddialara görə, Ağdam rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Ağdam üzrə əməkdaşı Məhəmməd Aslanov birgə özbaşınalıqları ört-basdır edərək nazirliyin gözündən iraq etməyə çalışırlar.

Ağdam təhsili qərəz meydanına çevrilib. Bu iki məmurun kimdən xoşu gəlmirsə onları şərləməklə, hədə -qorxu gəlməklə və başqa yuxarı orqanlara yalnış məlumat verməklə işdən azad edirlər.

Press-az.com-da gedən yazıda qeyd olunur ki, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova vəzifəyə təyin olunan zaman bildirib ki, Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov mənim yaxınımdır və onun köməkliyi sayəsində bu vəzifəyə təyin olunmuşam.

Amma bunu özündən uydurduğu, PA məmuru ilə əlaqəsi olmadığı, adından usi-istifadə etdiyi haqda söhbətlər dolaşır.

Ölkənin ən biabırçı təhsil idarəçiliyi , məhz bu rayona məxsusdur. Söhbət Ağdam rayonunun təhsil sistemindən gedir. Baxça müdiri Mətanət Misirxanovanın Ağdam Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilməsindən sonra vəziyyət rəzalətə çevrilib.

Rüşvət əvvəl bir idisə , indi beşə qalxıb. Bu sahədə kifayət qədər səriştəsi olmayan xanım Misirxanova , Təhsil Şöbəsini bazar qaydaları ilə idarə edir.

Müəllimlərin dərs saatlarının pulları M.Misirxanovanın göstərişinə əsasən direktorlar, dərs hissə müdirləri vasitəsilə başqa müəllimlərin adına yazılır. Rayon təhsil şöbəsinin rəhbərliyi böyük fırıldaqçılıq şəbəkəsi yaradıblar.

Məktəb direktorları da onun dediyini edərək dərs saatlarını başqa müəllimlərə satırlar. Ağdam rayonundan Təhsil Nazirliyinə yazılan məktubların aidiyyatı üzrə çatdırılmasına M.Misirxanova imkan vermir.

Ağdam təhsilində biabırçı olaylar davam edir. Məktəb direktoru olmaq üçün keçirilən müsabiqədə kim Mətanət Misirxanova ilə anlaşıbsa, o da qalib olub. Bu barədə Mozalan.az-a rayondan məlumat veriblər.

Qeyd edək ki, direktor təyin etməklə bağlı maxinasiyalar əvvəlki illərdə də olub. Lakin Misirxanovanın belə desək Təhsil Nazirliyindəki və rayon rəhvərliyindəki arxalandığı şəxslər dəyişib.

Ağdam rayonun Bənövşələr kənd məktəbinin direktoru Nailə Qasımova işdən çıxarılıb. Maraqlıdır ki, bundan sonra Nailə Qasımova qısa müddətdə özünə rayon təhsil şöbəsində məsləhətçi işini ala bilir.

Bununla da da kifayətlənməyən Nailə Qasımova bir neçə aydan sonra heç bir imtahan vermədən başqa bir məktəbə direktor təyin olunub.

Məlumata görə, Təhsil Nazirliyinin müavini Mətin Eynullayevin təşəbbüsü ilə Nailə Qasımova 118 saylı məktəbə direktor göndərilib.

Bu da onu göstərirdi ki, sabiq təhsil naziri Mikayıl Cabbarovun direktorları imtahan yoluyla təyin etdirməsi barədə yaratdığı görüntülər boş sözdən başqa bir şey deyilmiş.

Ağdam rayonu Baharlı 1 qəsəbə məktəbinin direktoru Elməddin Məmmədov da analoji ssenari ilə işdən çıxarılıb. İşdən çıxarılması ilə bağlı şikayət edən Elməddin Məmmədov təhsil şöbəsində məsləhətçi işinə düzəldilir.

Hansısa proseslərin sonunda, daha konkret Kənan Quliyevin əmri ilə yenidən əvvəlki işinə - Baharlı 1 məktəbinin direktoru vəzifəsinə geri qaytarılır.

Ağdam rayonu Mahrızlı kənd sakini, Ağdam rayon İcra Hakimiyyətinin sabiq işçisi Qədirov Ramiz Talış oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də dia.az-a daxil olan müraciətdə deyilir:

“Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova 2015-ci ildən RTŞ-yə müdir təyin olunduqdan sonra rayon təhsili iflic vəziyyətə gətirilib.

RTŞ-nin nəzdində fəaliyyət göstərən bağlanılması zəruri olan və “papka”məktəblər siyahısında olan 5 saylı, 93 saylı, 94, saylı, 95 saylı, 102 saylı, 34 saylı, 19 saylı məktəbləri qazanc mənbəyi kimi saxlayır. Sadalanan məktəblərin şagird kontingenti yox səviyyəsindədir.

Göstərilən məktəblərin şagird sayı 10-45 arası dəyişir ki, bu hesabat sənədlərində belə göstərilir. Faktiki olaraq həmin məktəblərdə demək olar ki, şagird oturmur.

Mətanət Misirxanova Təhsil Nazirliyindəki himayədarı Daxili nəzarət şöbəsinin müdiri Kənan Quliyev və həmin şöbənin məsləhətçisi Məhəmməd Aslanovun köməkliyi məktəb direktoru həvalə etdiyi 87 saylı məktəbin direktor əvəzi Əmirova Səbahət Vəzirxan qızını, 102 saylı məktəbin direktor əvəzi Əliyeva Mətanət Elman qızını, Paşabəyli kənd tam orta məktəbin direktor əvəzi Quliyeva Şövqiyyə İsfəndiyar qızını, Həsənxanlı kənd tam orta məktəbin direktor əvəzi Quliyeva Sevinc Kəriş qızını, 152 saylı məktəbin direktor əvəzi Mirzəyev Əkrəm Oruc oğlunu 15.10.2018-ci il tarixdə direktor təyin etdirə bilib.

Məlumat üçün bildiririk ki, adları sadalanan qeyri-qanuni yolla direkto təyin olunan Səbahət Əmirova, Şövqiyyə Quliyeva, Sevinc Quliyeva 2017-ci ilin iyun ayında keçirilmiş direktorların işə qəbulu imtahanında iştirak etmiş keçid balını toplaya bilmədiklərinə görə direktor ola bilməmişlər.

Qəribəsi budur ki, Bunlardan 152 saylı məktəbin direktor əvəzi Əkrəm Mirzəyev heç direktorların işə qəbul imtahanında belə iştirak etməmişdir.

Adları göstərilən Səbahət Əmirova, Sevinc Quliyeva, Şövqiyyə Quliyeva, Mətanət Əliyeva 3 ildir ki, imtahanlarda iştirak edir, müsahibə mərhələsinə buraxılmır, direktor ola bilmədiyi halda direktor əvəzi olaraq işlədilir. M.Misirxanovanın cinayəti bununla bitmir.

Belə ki, Yüzbaşılı kənd tam orta məktəbin direktoru Polad Zeynalov öz şagirdinə qarşı əxlaqsız etmiş, 2018-ci ilin əvvəlində Ağdam Polis Şöbəsi və DTX-i evində axtarış etmiş silah-sursat aşkarlandığı bə barəsində cinayət işi qaldırıldığı halda (hal-hazırda məhkəmələri davam edir) yenə də direktor olaraq vəzifəsində saxlanılır.

Qeyd edək sadalanan bu faktlar Ağdama yeni təyin ounmuş İcra Başçısı Vaqif Həsənovdan gizlədilir və yaxud başçıya yanlış məlumat verərək diqqətini mövzudan yayındırmışlar”.

Qarşı tərəfi dinləməyə hazırıq. \\azerinfo.az\\

Oxunub: 1 259
Oxşar xəbərlər
SON XƏBƏRLƏR