Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydalarına dəyişikliklər edilir.Bununla bağlı "Təhsil haqqında” qanunun 26-cı maddəsinə (Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları) yeni 26.1-1 maddə əlavə edilir.
Dəyişikliyə görə, koleclərin məzunları ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, habelə bakalavriatı ( baza ali tibb təhsilini) başa vurmayan şəxslər öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülə biləcək.
Qanunda 26.1-1 maddə belədir: Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı ( baza ali tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Subbakalavr — оrta iхtisas təhsili pilləsində məzunlara verilən peşə-iхtisas dərəcəsidir.
Ülviyyə Şahin
Oxunub: 1 090