dini radikalizm və ekstremizmlə mübarizə

Macarıstanda ali təhsil üçün təqaüd proqramına sənəd qəbulu elan edilib

Macarıstanda ali təhsil üçün təqaüd proqramına sənəd qəbulu elan edilib
2018-2019-cu tədris ili üzrə Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil üçün sənəd qəbulu elan edilib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, təqaüd proqramı Azərbaycan Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanan “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir.

Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə isə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif edilir.

Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır.

Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin ilkin seçimi Azərbaycanın Təhsil Nazirliyi tərəfindən aparıldıqdan sonra namizədlərin siyahısı yekun qərar verilməsi məqsədilə Macarıstan tərəfinə təqdim edilir.
Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün aşağıdakı çərçivə əsasında təqaüd ayrılacağı nəzərdə tutulub.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Oxunub: 920
Oxşar xəbərlər
SON XƏBƏRLƏR