ATİAHİ Mingəçevir komitəsinin təşkilatçılığı ilə 8 mart "Beynəlxalq qadınlar günü" nə həsr olunmuş bayram tədbirləri davam edir.
Bu dəfə məktəbəqədər təhsil müəssisələrinin (3,11,14,20) çalışan qadın ittifaq üzvlərinin bayram tədbiri gerçəkləşib. Əvvəlcə bayram tədbirində Azərbaycan Respublikasının dövlət himni səslənib. Ümummilli lider və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə qabaqcıl fəal qadın təhsil işçiləri iştirak ediblər. Tədbiri şəhər komitəsinin ATİAHİ Mingəçevir sədri Həqiqət Şahmuradova giriş sözü ilə açaraq Azərbaycan qadınının keçdiyi inkişaf yolundan danışıb, böyük zəka və potensiala malik xanımlarımızın bundan sonra da cəmiyyətimizə layiqincə xidmət edəcəklərinə əminliyini ifadə edib.
Bayram tədbirində çıxış edən Mingəçevir 11 saylı “Cırtdan”uşaq bağçası körpələr evinin həmkarı ,tərbiyəçi Gülnar Məmmədova onlara göstərilən diqqət və qayğıya görə ATİAHİ Respublika komitəsinin sədri Araz Paşayevə və eyni zamanda həmişə təhsil işçilərinin yanında olan şəhər komitəsinin ATİAHİ Mingəçevir sədri Həqiqət Şahmuradova təşəkkürlərimizi bildirirk ki,bizim üçün belə bir gün təşkil etdilər.
Tədbir çay süfrəsi arxasında şən musiqi nömrələri ilə davam edib.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 155