dini radikalizm və ekstremizmlə mübarizə

İlham İsmayılov ictimai təşkilatların rəhbərləri ilə görüşüb.


Dekabrın 27-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə ictimai təşkilatların rəhbərləri ilə görüşüb.
İcra başçısı İlham İsmayılov qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə şəhid ailələrinin üzvlərini və qaziləri, birinci və ikinci Qarabağ müharibələri veteranlarını, onların əzizlərini, ailə üzvlərini təbrik edərək ən xoş arzularını çatdırıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin başladığı siyasi xətti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə, bu yolda qəhrəmanlıqlar, şücaətlər göstərən əsgər və zabitlərimizin, şəhidlərimizin, qazilərimizin vətənpərvərliyi ilə uzun illərdən sonra işğal altında qalan torpaqlarımız azad olunub, Azərbaycan böyük Zəfərə nail olub. Dövlətimizin başçısının şəhidlərimizə göstərdiyi ehtiram, onların ailə üzvlərinə, hər iki müharibələrin veteranlarına, qazilərimizə göstərdiyi diqqət və qayğı günbəgün artır. İstər mənzil təminatı, istərsə də avtomobil təminatı sahəsində, o cümlədən digər maddi və mənəvi qayğı genişlənir. Mingəçevirdə də cənab Prezidentimizin tapşırığı ilə sizlərə xüsusi diqqət göstərilir. Başa vurduğumuz ildə şəhərimizdə şəhid və qazi ailələri üçün 72 mənzilli yaşayış binası inşa edilərək istifadəyə verilib. Həmçinin qəzalı binaların sakinləri üçün tikilən 40 mənzilli binanın 7-si şəhid və qazi ailələrinə verilib. Hər il olduğu kimi bu il də əziz bayramlar münasibəti ilə sizlər üçün bayram sovqatı hazırlanılb və bu gün 505 şəhid və qazi ailəsinə təqdim olunacaq.
Şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən, vətəndaşların mənalı istirahəti üçün yaradılan park və xiyabanlarda görülən işlərdən bəhs edən şəhər rəhbəri qarşıdan gələn yeni ildə də bu cür infrastruktur layihələrin davam etdiriləcəyini bildirdi.
Şəhid ailələri ictimai birliyinin sədri İranə Həsənova, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri, ictimai birliyinin şəhər şöbəsinin sədri Əlağa Bəndəliyev, Qarabağ qaziləri ictimai birliyinin sədri Məxluq Həsənov çıxış edərək əziz bayramlar münasibəti ilə ölkə Prezidenti İlham Əliyevə təbriklərini ünvanlayaraq qayğı və diqqət üçün minnətdarlıqlarını ifadə edilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, onlara dəstək və qayğı göstərən hər kəsə razılıqlarını bildirdilər.

ESMİRA HİDAYƏTOVA




Oxunub: 150
Oxşar xəbərlər
SON XƏBƏRLƏR