dini radikalizm və ekstremizmlə mübarizə

"Yaşıl Dünya -Ətraf Mühit Naminə Dayanaqlı İnkişaf" Ekoloji Forumu keçirilib


Mətkəzi Aran Regiomal Təhsil İdarəsi Mingəçevir Təhsil sektorunun təşkilatçılığı ilə "Yaşıl Dünya -Ətraf Mühit Naminə Dayanaqlı İnkişaf" adlı Ekoloji Forum keçirilib.

Ekoloji Forum çərçivəsində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə şagirdlərin yaratdığı tullantıları məhsullarından hazırlanan əl işləri , Yaşıl SAF 2024 STEAM festivalında qalib komandaların təqdimatı nümayiş olunub.
Tədbirin proqramına uyğun olaraq ağacəkmə aksiyası həyata keçirilib.

Forum, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların ruhuna ehtiram olaraq bir dəqiqəlik sükutla yad edilib.

Forumun açılışında Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Təhsil sektorunun müdiri Sevinc Həsənova çıxış ediblər. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd edib ki,Mingəçevir şəhərində ekoloji tarazlığı təmin etmək və ətraf mühitin qorunmasına dəstək vermək üçün 15,000-ə yaxın ağac əkilib. O, həmçinin şəhərdə ekoloji maarifləndirmənin gücləndirilməsi və yaşıl sahələrin artırılması istiqamətində həyata keçirilən tədbirləri vurğulayıb. İsmayılovun sözlərinə görə, bu addımlar gələcək nəsillərə daha sağlam və yaşıl bir şəhər miras qoymaq məqsədini daşıyır.
Təhsil sektorunun müdiri Sevinc Həsənova açılış nitqində çıxış edərək forumun əhəmiyyəti , ölkə Prezidentinin müvafiq sərəncamına əsasən təhsil müəssisələrində görülən işlər haqqında məlumat verib.
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməsi ,
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılması ,
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüldüyünü qeyd edib .

Sonra məruzələr dinlənilib. Tədbirdə ekolojin problemlərin həlli və ətraf mühitin mühafizəsinə dair geniş müzakirələr aparılıb, iştirakçılar arasında bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.

Esmira Hidayətova,Mingəçevir









Oxunub: 165
Oxşar xəbərlər
SON XƏBƏRLƏR