dini radikalizm və ekstremizmlə mübarizə

“ İngilis dili danışıq klubu” layihəsində iştirak edən şagirdlərin ekskursiyası təşkil olunub


Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində qalib olan “ İngilis dili danışıq klubu” layihəsində iştirak edən şagirdlərin ekskursiyası təşkil olunub.
Ekskursiyanın məqsədi şagirdlərimizi məktəblə tanış etmək, nümunəvi bir dərsdə oturmaq və ya hər hansı bir tədbirdə iştiraklarını təmin etmək, xarici dil bölməsində tədris alan şagirdlərlə ünsiyyət yaratmaq, xarici dil imkanları haqqında geniş məlumat verərək onlarda maraq yaratmaq və xarici dil öyrənməyin faydalarını aşılamaqdır.
ADA məktəbinin mehriban və qonaqpərvər heyəti şagirdlərimizi xoş qarşılayaraq məktəbin bütün imkanları haqqında məlumat veriblər. Məktəbin ingilis dili müəllimi Aytən Süleymanova şagirdlərlə Convercation club tipli müzakirə təşkil etdi. Sonda xatirə şəkli çəkdirilib.

Esmira Hidayətova



Oxunub: 151
Oxşar xəbərlər
SON XƏBƏRLƏR