dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə fəsadlar aradan qaldırılır


Mingəçevirdə təbiət hadisəsi şəhərin bir sıra ərazilərində irigövdəli ağacları aşırıb. Küləyə tab gətirməyərək aşan ağaclar piyadaların hərəkət etdiyi hissəyə düşmüşdü. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Küləklə müşahidə olunan leysan yağışları da Mingəçevir şəhərində bir çox i fəsadlar törədib. Yaşıllaşdırma Sanitar Təmizlik İdarəsi 12 iyun tarixində gün ərzində fəsadları aradan qaldırmağa çalışmışdır. Belə ki,Təbriz, N.Nərimanov, A.Məmmədov ,Sabir, 20 yanvar , H.Aslanov və digər küçələrdə aşmış və ya budağı qırılmış ağac budaqları doğranaraq ərazidən götürülmüşdür.

Esmira Hidayətova,Mingəçevir.


Oxunub: 190
Oxşar xəbərlər
SON XƏBƏRLƏR