dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir Dövlət Universitetinin məzunu olmuş şəhidlərin ailələri ziyarət olundu


Vətən müharibəsi dövründə səfərbərliyə çağrılan gənclər arasında Mingəçevir Dövlət Universitetinin məzunları da iştirak edirdilər. Məhz bu dövrdə hamının arzuladığı bir arzu var idi: İşğalda olan torpaqlarımızın azadlığı uğrunda döyüşüb qalib olmaq. Müharibədə iştirak tələbə məzunlardan 6 nəfər şəhidlik zirvəsinə ucalmışdır. Hər il olduğu kimi bu il də ənənəsinə sadiq qalaraq Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov şəhid ailələrini diqqətdən kənarda saxlamayıb.
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı ŞƏHİD məzunlarımız Kənan Abdullayev, Əzəmi Hüseynov və Oruc Nəcəflinin ailələrini ziyarət ediblər. Şəhidlərimizin hərb yoluna nəzər salınaraq ailələri ilə söhbətlər aparılıb.
Rektor Şahin Bayramov sosial media hesabında aşağıda qeyd edilən paylaşımı etmişdir:
Qəhrəman oğullar böyütmüş analarımıza dərin hörmət və sonsuz ehtiramımızı bildirir, hər birini 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirik!

Oxunub: 153
Oxşar xəbərlər
SON XƏBƏRLƏR