Djb.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekanı Nüşabə Qədimova Milli Aviasiya Akademiyasında "Fevral məruzələri 2024: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı" IX Beynəlxalq elmi-praktik GƏNCLƏR Konfransında iştirak edib.. Vətənpərvər ideologiya ilə yetişdirilən Müzəffər Azərbaycan gənci təkcə döyüş meydanında deyil, elmi yaradıcı fəaliyyətində də böyük qələbələrə imza atır. Gənclərin elmi biliklərinin artırılmasında, onların aviakosmik sahənin sirlərinə yiyələnməsidə və Aviasiyanın iqtisadi əhəmiyyətinin mənimsənilməsində böyük rolu olan Akademiya, ən müasir texnoloji-innovativ tələblərə uyğun inkişaf edir. Nüşabə qədimova qeyd edir ki, tələbələrin inkişafı üçün burada hər cür şərait yaradılıb, akademiyada güclü elmi potensial formalaşıb.
Məni sevindirən ən gözəl məqam isə illər əvvəl sevimli tələbəm olmuş Gülnarə Əhmədova, hazırda İqtisad Üzrə Fəlsəfə Doktoru Elmi adını almış və Akademiyada gənc nəslin inkişafına böyük töhfələr verməkdədir - deyə Nüşabə Qədimova sosia media hesabında qeyd edib.
Nüşabə Qədimova belə möhtəşəm Kanfransa dəvətə və yüksək səviyyəli qonaqpərvərliyə görə Akademiyanın bütün heyətinə, təşəkkür edib!
Oxunub: 282