dini radikalizm və ekstremizmlə mübarizə

Dünya şöhrətli balet artisti Nikolay Tsiskaridze Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub


A.Y. Vaqanova adına Rus Balet Akademiyasının rektoru, Rusiyanın Xalq artisti, məşhur balet artisti Nikolay Tsiskaridze Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub.

Dostluq çərçivəsində keçən görüşdə tədrisin səviyyəsinin qaldırılması məqsədilə tələbə-müəllim mübadiləsinin aparılması, ustad dərslərinin keçirilməsi, tədris proqramlarının təkmilləşdirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Daha sonra sinif otaqları və dərs zalları ilə tanış olan Nikolay Tsiskaridze BXA-nın tələbə və müəllimləri ilə görüşərək, klassik baletin incə məqamlarından bəhs edib. Sonda akademiyanın tələbə-müəllim heyətinə uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirilib.




Oxunub: 181
Oxşar xəbərlər
SON XƏBƏRLƏR