dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Dillər Universiteti ilə Biləsuvar Təhsil Kompleksi arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.


Djb.az xəbər verir ki, oktyabrın 31-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırovun rəhbərlik etdiyi lisey əməkdaşlarından ibarət heyətin Azərbaycan Dillər Universitetinə işgüzar səfəri baş tutdu. Kompleksin Təhsil şöbəsinin müdiri Şəlalə Əsədova və Azərbaycan dili kafedrasının rəhbəri Rövşən Adıyevin də iştirak etdiyi səfər çərçivəsində Azərbaycan Dillər Universiteti ilə Biləsuvar Təhsil Kompleksi arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalandı. Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla çıxışında liseylə bağlı xoş fikirlərini səsləndirdi və bildirdi ki, memoranduma əsasən hər iki təhsil ocağının qarşılıqlı əməkdaşlıqla bağlı əməli fəaliyyətə keçməsi, Kompleksdə Azərbaycan Dillər Universitetinin son kurs tələbələrinin praktik dərslərinin təşkil olunması, həmçinin liseydə ədəbi-bədii müzakirələrin keçirilməsi nəzərdə tutulur. Liseyin icraçı direktoru Aqşin Bağırov yüksək qonaqpərvərliyə görə başda akademik Kamal Abdulla olmaqla ADU-nun bütün əməkdaşlarına minnətdarlığını bildirərək bu müqavilənin bölgə üçün böyük əhəmiyyət daşıdığını qeyd etdi.
Nəzərinizə çatdıraq ki, görüşdə liseyin məzunu olan ADU tələbələri də iştirak etdi və məzunlar ilə bağlı gələcək planlar haqqında geniş söhbət aparılıb.

Ülvi Həzizadə




Oxunub: 267
Oxşar xəbərlər
SON XƏBƏRLƏR