dini radikalizm və ekstremizmlə mübarizə

Strateji ekoloji qiymətləndirmənin aparılması qaydası təsdiqlənib

Strateji ekoloji qiymətləndirmənin aparılması qaydası təsdiqlənib


Strateji ekoloji qiymətləndirmənin aparılması qaydası təsdiqlənib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli Qanununun tətbiqi barədə Azərbaycan Prezidentinin 2018-ci il 13 iyul tarixli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərarla “Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası” təsdiq edilir. Strateji ekoloji qiymətləndirmə – ətraf mühitə və insan sağlamlığına potensial təsirlərin aşkarlanması, qarşısının alınması və ətraf mühitdən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə strateji sənədlərin, ərazi planlaşdırılması sənədlərinin ekoloji təhlükəsizlik baxımından sistemli qiymətləndirilməsini əhatə edir.

Oxunub: 275
Oxşar xəbərlər
SON XƏBƏRLƏR