Mingəçevir şəhər Gənclər Evində
Narkomaniyaya yox deyək adlı tədbir keçirilib.
Djb.az xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq iyunun 24-də şəhər Gənclər Evində 26 iyun “Narkomaniyaya qarşı mübarizə günü”nə həsr olunmuş maraqlı tədbir keçirildi. Şəhər İcra Hakimiyyətinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə MİS-lərin tərbiyəçi müəllimləri, tələbə gənclər təşkilatlarının rəhbərləri, polis şöbəsinin əməkdaşları, narkoloji dispanserin həkimi dəvət olunmuşdular. Tədbirin təşkilatçıları “Narkomaniyaya yox deyək!” mövzusu ətrafında geniş diskussiya apardılar. Gənclərin fəal iştirakı ilə keçən tədbir maraqla qarşılandı.
Esmira Hidayətova,Mingəçevir
Oxunub: 533