dini radikalizm və ekstremizmlə mübarizə

Mega School Tədris Mərkəzindən müsahibə


Bu günki həmsöhbətim Mega Scholl Tədris Mərkəzinin psixoloqu Ulduz Əliyevadır. Ulduz xanım salam xoş gördük sizi. İlk sualım sahənizi seçmənizlə bağlıdır:
Psixologiya sizin üçün nədir, necə oldu bu peşəni seçdiz. Nə zamandan psixologiya sahəsində fəaliyyətdəsiz?
Mega Scholl Tədris Mərkəzi ilə nə zamandan əməkdaşlıq edirsiz?

Psixologiya mənim üçün bir ümmandır.Ele bir ümman ki,orda azıb qalmaq olmur.Hər zaman bir çıxış yolu vardır.
Moskvada yaşayan rəfiqəm Çinarə xanımın və ailəsinin təşviqi ilə bu peşəyə sahib oldum.Onlara sonsuz minnətdarlığımı bildirirəm.

Artıq müəyyən zamandır ki,bu sahədəyəm.
2021-ci ildən "Mega School" Tədris və İnkişaf Mərkəzində çalışıram.
Məlumdur ki, indi dünyada və eləcə də Azərbaycanda psixologiya sahəsinə maraq çoxalıb və sürətlə artır. Bu sahəni həm iş olaraq seçənlər, həm öz inkişafı üçün maraqlananlar çoxdur. Sizcə hamının psixologiyanı bilməsi şərtdir?

Bəli,mütləq şəkildə.Hər bir insan öz ruhundan, orda yaşananlardan xəbərdar olmalıdır.Əgər o anadırsa sağlam ruhlu övlad böyütməsi üçün övladının hər yaş dönəmindən bilgili olmalıdır.Ana,ata və uşaq munasibətinin sağlam təməli valideynlərin uşağının zehni,sosial inkişafını bilməsindən qaynaqlanır.

Psixologiyaya hər iki yöndən maraq və tələblərin artmasının müsbət və mənfi tərəfləri nələrdir?
Müsbət cəhətlər-Psixologiya bir ruh elmidir.Ruha sığal çəkməyi bacaran, qarşısındakının ruhuna sevgi ilə yanaşan insanlar nə qədər çox olarsa cəmiyyətimiz bir o qədər çiçəklənər və tərəqqi edər.

Mənfi cəhəti-Psixologiya sahəsində olan insan ilk öncə mənəviyyatı yüksək insan olmalıdır və insanı halından anlayan olmalıdır.Sadəcə maddi rifahı xatirinə bu sahəyə meyl etmək cəmiyyətimizə ən böyük zərbədir.
Sizə müraciətlər ən çox hansı səbəblər olur?

Usaqlarda reabilitasiya yönündən-"Autizm spektr pozuntusu",
"Psixi inkişaf ləngiməsi",özünə qapanma,"diqqət əskikliyi və hiperaktivlik", "Yalan danışma","Aqressiya"və s.
Böyüklərdə davranış problemləri,emosional problemlər, özünə qapanma,
həvəssizlik və s.
Müşahidə və müraciətlərə əsasən bu gün cəmiyyətin və ailələrin vəziyyətini necə adlandırmaq olar?
Ailə sözünün özünü, məğzini dərk etməyən qız və oğlanlar evlənməsin zəhmət olmasa.Bu cəmiyyətimizin
məhvidir.
Əsasən nələrin üzərində işlənməlidir, boşluqlar nələrdir?
Boşluqlar emosional sferadadır.Doymamış duyğuları bərpa etmək lazım.Bura sevgi,diqqət, qayğı kimi önəmli hisslər daxildir.İnsan sevildiyini hiss etdikdə özünə də,cəmiyyətə də yararlı olur.İnsanları incitməyin...
Uşaqlarda yaranan problemlər ən çox valideynlərdən qaynaqlanır yanaşması doğrudurmu?

Ən çox anaya hamiləlik dönəmində yasadilan stressdən qaynaqlanır.

Psixoloq olaraq qadınların daha çox üzərində inkişafını tövsiyyə edərdiz ya kişilərin?
Daha çox qadınların.Cünki Mirzə Fətəli Axundzadə gözəl vurğulayıb: qadın xanım deməkdir.Qadın-xatun deməkdir.Qadın- qırılan ömür,yanan ürəkdir.Qadın özünü sevdikcə,dəyərini bildikcə, xoşbəxt olduqca xoşbəxt də övlad böyudəcək.
Bu günki müsahibə üçün təşəkkür edirik, işlərinizdə uğurlar diləyirik.

İkinci müsahibim isə Mega Scholl Tədris Mərkəzində loqoped olaraq fəaliyyət göstərən Nigar Əbilovadır.
Nigar xanım salamlayıram sizi. Öncə təhsiliniz və bu sahəni seçməyinizlə başlayaq.

2005-ci il ADPU-nin nitq qüsurları bərpası fakültəsinin qazandığım vaxtlarda bu peşə o qədərdə seçilən bir peşə olmadığından bu sahəyə o qədər də ciddi yanaşılmırdı .Lakin illər sonra peşəmin nə qədər məsuliyyətli nə qədər ciddi bir sahə olduğunun fərqinə vardım.
Loqoped sahəsi tibbdə nə zamandan var və Azərbaycanda bu sahəyə nə vaxtdan tələblər başlayıb?
Loqopediya elmi əsasən tibbin daxilində deyil metodik bir işdir.Lakin illər sonra bu sahə inkişaf etdikcə klinik loqopediyada inkişaf etməyə başladı.Son illərdə bizə müraciət edən valideynlər ətraflı məlumat alaraq , araşdırma edərək müraciət edirlər . Bütün dünya tibbi autizmin yaranma səbəblərinin qarşısında aciz qaldığından loqopedik sahədə nələr edə biləcəyik deyibdə bütün reabilitasiya sahələrini təqdim edirik.
Defektoloqla loqopedin fərqi nədir?
Deftoloqda loqopeddə nitq qüsurlarının aradan qaldırılması üçün düzgün diaqnoz qoyub, müvafiq proqram tərtib edən mütəxəssisdir..
Bu sahəyə əsasən hansı şikayətlərlə müraciət olunur?
Məsələn kəkələmənin səbəbləri nələrdir?
Autizm,daun , ümumi nitq geriliyi, kəkələmə (leqonevroz),alaliya , rinolaliya, dizartiriya,afaziya . əqli gerilik , diqqətin dağınıqlığı, kiçik motarikanin inkişafdan qalması və s.
Kəkələmə -dil əzələsinin qıcolmasi nəticəsində yaranan nitq qüsurudur.Nevroloji uşaqlarda daha çox rast gəlirik.Nəfəs üzərində praktiki məşğələlər , koreksiya bunlar proqram şəklində tətbiq olunur.50gunluk praqmimiz varki kəkələmə xroniki hal almadan mərkəzimizdə kəkələmə aradan qaldırırıq.
Hansı yaş qruplarında daha çox bu kimi problemlərlə qarşılaşırıq?
3-17 yaş. Uşaqlarda daha çox nitq qüsurlarına rast gəlirik.Kecid dövrü uşaqlarda problem təkcə loqopedik deyil psixoloji problemlərədə çox rast gəlirik.
Düzgün müalicə metodları nələrdir?
Vaxtında müraciət olunubsa düzgün qoyulan diaqnoz tədbiq olunan fərdi proqramlar bütün nitq qüsurlarının aradan qaldırılmasına nail olacağımıza zəmin yaradır.
Nitq qüsuru olan bir uşağın valideyninin və ətrafdakıların bilməsi lazım olan məlumatlar nələr olmalıdır?
Əvvəla Valideyn öz övladının qüsurlarını qəbul etməli onu necə aradan qaldırmaq mümkün olacağının yollarını araşdırmalı, doğru mütəxəssislərə müraciət etməlidir Ətrafdakı insanlara düşən missiya isə onları cəmiyyətdən təcrid edirmiş kimi münasibət göstərməməkdir.
Ətraflı izahınız üçün minnətdarıq.
Hər iki müsahibimə təşəkkür edirəm
Əziz izləyicilərimiz uşaqlarınızın güvəndə iniişafı üçün Sabunçu rayon Bakıxanov qəsəbəsi İcra Hakimiyyəti arxası Sülh kücəsi 85 yerləşən Mega School Tədris Mərkəzinə müraciət edə bilərsiz

əlaqə nömrəsi : (070) 276 83 51 / Aytən Cəfərli/


Djb.az İcraçı direktor
Məleykə Aslanzadə

Oxunub: 552
Oxşar xəbərlər
SON XƏBƏRLƏR