dini radikalizm və ekstremizmlə mübarizə

Şəkidə turistlərin tez-tez ziyarət etdikləri ərazidə antisanitar vəziyyət yaranıb


Şəki şəhəri Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindən keçən və texniki suların axıdılması üçün nəzərdə tutulmuş arxa sanitar qovşağın birləşdirilməsi antisanitar vəziyyət yaradıb.

Djb.az xezerxeber.az-ə istinadən xəbər verir ki, son günlər yağan yağışlardan sonra arx daşıb və çirkab yola axır. Burada yaranan üfunət və xoşagəlməz mənzərə hər kəsi narahat edir.

Kanalizasiya sistemindən daşan sular küçə boyu axır. Şəki şəhərində turistlərin tez-tez ziyarət etdikləri Yuxarı Baş Tarix- Memarlıq Qoruğunun ''Gəncəli məhəlləsi'' adlanan ərazisində relyefə uyğun olaraq uzun illərdir ki, yağış sularının çaylara axıdılması üçün arxlardan istifadə edilir.

Son dövrlər müşahidə edilən yağışlı hava şəraitindən sonra vəziyyət daha da ciddiləşib. Sakinlər iddia edirlər ki, aiddiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

Məsələ ilə bağlı Şəki Rayon İcra Hakimiyyətindən bildirilib ki, əraziyə baxış keçiriləcək, xoşagəlməz halın aradan qaldırılması üçün əlaqədar qurumlara tapşırıq veriləcək.

Oxunub: 230
Oxşar xəbərlər
SON XƏBƏRLƏR