dini radikalizm və ekstremizmlə mübarizə

Ata və ya Ana üçün övlad həyatda ən qiymətli sərvətdir...


Djb.az xəbər verir ki, 03 May - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2017 - ci ildə Azərbaycan - Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman Şəhidlik zirvəsinə ucalmış, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilmiş Zakir Cəfərovun Cənnətdə olan Doğum günüdür!
Zakir Nazim oğlu Cəfərov 03 may 1996 - cı ildə Bakı şəhərində anadan olmuşdur. Zakir Cəfərov 2011 - 2015 - ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil almlşdır.
Əsgər Zakir Cəfərov 2017 - ci ildə 20 yaşında Fevral döyüşləri zamanı Şəhidlik zirvəsinə ucalmışdır. 27 Fevral onun və özündən başqa Şəhid olan daha dörd nəfərin nəşi neytral ərazidən götürülmüşdür. 28 Fevrada isə Zakir Cəfərov Bakı şəhərinin Nizami rayonunun Keşlə qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açılmış və torpağa tapşırılmışdır.
Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilmişdir.
21 fevral 2020 - ci ildə Nizami kino mərkəzində Zakir Cəfərov və 4 nəfər Şəhid balalarımızın xatirəsinə həsr olunmuş TORPAQ sənədli filminin təqdimat mərasimi keçirilmiş, 07 mart 2020 - ci ildə Xocəvənddə Fevral Şəhidlərinin xatirəsinə park salınmışdır.
24 iyul 2021 - ci ildə Odlar Yurdu Universitetinin həyətində Nərimanov rayon Gənclər və İdman İdarəsinin və Ağ Top Şahmat klubunun birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Şəhid Zakir Cəfəronun xatirəsinə həsr olunmuş Şahmat üzrə Nərimanov rayon turniri keçirilmişdir.
Tədbirin sonunda qaliblər diplom və medallar ilə mükafatlandırılmış, Anası Kəmalə Abdullayevaya Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən turnirin xatirə diplomu, qardaşı Camal Cəfərova isə Azərbaycan Bayrağı təqdim edilmişdir.
23 fevral 2022 - ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Şəhid Zakir Cəfərovun 5 - ci il dönümü ilə əlaqədar məzarı ziyarət olunmuş, daha sonra təhsil aldığı Nizami rayonu 109 saylı məktəbdə Şəhid Zakir Cəfərovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.


İlham Əliyev

Oxunub: 353
Oxşar xəbərlər
SON XƏBƏRLƏR