dini radikalizm və ekstremizmlə mübarizə

"Hələ bir müddət qapalı mühitlərdə maskadan istifadə etməliyik" - HƏKİM

"Hələ bir müddət qapalı mühitlərdə maskadan istifadə etməliyik" - HƏKİM

Nazirlər Kabineti yanında Operativ Qərargahın maska tələbi ilə bağlı qadağası ölkədə böyük sevinclə qarşılandı. Lakin pandemiya hələ bitməyib. Gündəlik yoluxma sayı az olsa da, hələlik koronavirus bəlasından tam qurtula bilməmişik. Belə olan təqdirdə maska ilə birdəfəlik vidalaşmaq nə dərəcədə düzgündür? Maarifləndirmə işləri davam etməlidirmi?

Djb.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-ın suallarını tibb üzrə ekspert, həkim Şəmsiyyə Namazlı cavablandırıb. O bildirib ki, qadağa olmasa belə, maskadan istifadəyə davam etməliyik:

“Maska tələbinin ləğv edilməsi əhaliyə şad xəbər oldu. Amma fikrimcə, hələ bir müddət istifadə etməliyik. Çünki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın bitməsi haqda raport verməyib. Ona görə də son xəstəyə qədər biz ehtiyatı əldən verə bilmərik. Xüsusilə ictimai nəqliyyatda, müxtəlif qapalı məkanlarda, tədris müəssisələrində maskadan hələ bir müddət də istifadə edilməlidir”.
Həkim əlavə edib ki, mövzu sağlamlıqdan gedirsə, tələsmək lazım deyil:

“Biz iki ildir bu bəladan can qurtara bilmirik. İndiyə kimi kifayət qədər maarifləndirmə işləri aparılıb. Lakin qadağaların olduğu vaxtda belə məsuliyyətsizlik edənlər var idi. Sui-istifadə hallarına çox yol verilirdi. Ona görə də pandemiya bütün dünyada olduğu kimi, ölkəmizdə də böyük itkilərə səbəb oldu. Lakin biz hələ bu bəladan tam qurtulmadığımızı unutmamalıyıq. Mən bir həkim olaraq düşünürəm ki, hələlik maskalardan birdəfəlik imtina məsələsində tələsməməliyik. Çünki burada söhbət birbaşa sağlamlığımızdan gedir. Düzdür, indiyə kimi əhalinin böyük hissəsi vaksin olunub. Omikron ştammı artıq kollektiv immun sistemini formalaşdırıb. Lakin yenə də təhlükəsizliyimizi əldən verməməliyik. Hələ bir müddət qapalı mühitlərdə maskadan mütləq şəkildə istifadə etməliyik”.

Oxunub: 351
Oxşar xəbərlər
SON XƏBƏRLƏR