dini radikalizm və ekstremizmlə mübarizə

Aidiyyatı qurumlar hərəkətə keçdi: Qubanın keçilməz yolları bərpa edilir

Aidiyyatı qurumlar hərəkətə keçdi: Qubanın keçilməz yolları bərpa edilir

Bir müddət öncə Qubanın Cəfər Cabbarlı küçəsinin bərbad yolları haqda hazırladığımız reportaj öz nəticəsini verib və aidiyyatı qurumlar artıq hərəkətə keçib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yolda həyata keçirilən asvaltlanma işləri vətəndaşların sevincinə səbəb olub. İcra nümayəndəsi Elvin Hüseynov KONKRET TV-yə açıqlamasında digər küçə və prospektlərdəki yolların da təmirinə start verildiyini bildirib.

Xatırladaq ki, Qubaya yağan güclü qardan sonra yollarda çatlar və iri çuxurlar əmələ gəlmişdi. Bu isə insanların və avtomobillərin hərəkətinə ciddi maneə yaradırdı.

Oxunub: 498
Oxşar xəbərlər
SON XƏBƏRLƏR