Hər kəs bildi bilmədi Manaf Ağayevdən yazır.
Kimisi maşınından kimisi oxu tərzindən, kimisi 15 sutka həbsinə sevinirmiş kimi xəbərdən bəhs edir.
Əziz Vətəndaşlar!
Ən əsası Manafda hər birimiz kimi bu Vətənin oğludu. Azərbaycanlıdı.
Ən əsasıda o başqa dövlətin sərhəddin keçməyibki Füzuli torpağına gedibdə.
Ola bilər səfəri qanunsuz olub amma göydən quş olub uçmayıbki.Onu kim postdan icazə verib buraxıbsa ən böyük qanunsuzluğu o edib.
1.Niyə demirsinz ki onu ora qanunsuz buraxanda həbs cəzası alaydı niyə almadı?
2.Niyə demirsiniz ki onun etdiyi qanunsuzluq həbsə bərabər deyildi inzibati xətalar məcəllənin müvafiq bəndi ilə cərimələnə bilərdi niyə cərimələnmədi?
3.Niyə demirsinz ki onun ansamblında ən azı 8 10 nəfər çalışır və 8 10 nəfər ailə bu toyların olmayan vaxtında çörəksiz qaldılar.
4.Niyə demirsiniz ki o da məmurlar kimi milyon oğurlayıb cinayət etməyib ha öz halal zəhməti ilə alıb da o maşını öz əziyyəti ilə çatıbda bu pilləyə.
Xalqın varına əl atmayıbki.Xalqın pensiyasın kəsib özünə şərait qurmayıbki.
Bəs müharibə vaxtı nə qədər əsgərlərə kömək oldu pandemiyada bir çox imkansız ailəyə yardımlar etdi.Bir Əsgər balamıza maşın da hədiyyə etdi.
Heç neçə illərdi Xalqın milyonların sümürüb yeyənlər onun kimi jest eləmədi.
Gəlin bəzən danışanda yazanda Allah xatirinə danışaq yazaq.
Qərəzli olmayaq.
Qaldıki onun oxu tərzinə o tərzi ondan qabaq Azərbaycana rəhmətlik Məmmədbağır Bağırzadə rəhmətlik Baloğlan Əşrəfov Yusif Mustafayev Tağı Salehoğlu Ağadadaş Ağayev Niyaməddin Musayev və digərləri gətirbdə sırf o gətirməyibki.
Onun oxumağını hələ o vaxt rəhmətlik İslam Rzayev kimi dahi bir Ustad da bəyənirdi.
Hələ Manaf bu qədər tanınmırdı.
Elə bilməyin mənim Manaf Ağayevlə nəsə tanışlığım var.
2016 cı ildə ona telefon açıb kömək istəmişəm çox sərt təpki verib telfonu qapadıb.
Amma o demək deyilki yıxılanda baltalamaq lazımdır.
Qərəzli yazılarla asıb-kəsmək lazımdır.
Manaf bəyədə bir məsləhətim var ;
Yaxşılıq edəndə də ölç-biç gör kimə edirsən birdə çalış büdrəmə.
Hər üzə gülən dar gün adamı deyil.
ŞAHİN HACIYEV
Oxunub: 598