dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib


Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə reyd keçirilib.

Djb.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin müxtəlif ərazilərində keçirilən reyd zamanı səkilərdə piyadaların hərəkətinə maneə törədən, antisanitar vəziyyət yaradan pərakəndə ticarətlə məşğul olanlar müəyyən edilib. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq yalnız müəyyən edilən yerlərlə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.
Ümumilikdə 8 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.




Esmira Hidayətova

Oxunub: 544
Oxşar xəbərlər
SON XƏBƏRLƏR