dini radikalizm və ekstremizmlə mübarizə

Dövlət öz vətəndaşına xarici pasportu niyə 60 manata satmalıdır? – ETİRAZ

Dövlət öz vətəndaşına xarici pasportu niyə 60 manata satmalıdır? – ETİRAZ

“Dövlət özünün müstəsna səlahiyyətlərinə daxil olan xidmətlərdən pul qazanmamalıdır. Yəni dövlət göstərdiyi xidmətin maya dəyərini şəffaf şəkildə açıqlamalı, buna uyğun da rüsum təyin etməlidir”.

Djb.az xəbər verir ki, bu barədə KONKRET.az-a açıqlamasında REAL-ın icra katibi Natiq Cəfərli səsləndirib. O bildirib ki, dövlət özünü bazar alverçisi kimi apara bilməz: “Çünki, mənim vətəndaş olaraq o xidmətləri başqa yerdən almaq imkanım və hüququm yoxdur. Məsələn, avtomobillərin qeydiyyat şəhadətnaməsinin verilməsi rüsumu 25 manatdan 30 manata qaldırılır. Bir çoxunuz o prosesi görmüsünüz. Hazır şablon blanklara lazım olan məlumatlar yazılır, sonra onu polietilen üzlüyün içinə yerləşdirilib tosterə oxşar bir aparata qoyub sıxırlar, bütün proses maksimum 1-2 dəqiqə zaman alır, bunun maya dəyəri də, maksimum 2 manatdan çox deyil. Bəs dövlət bunu mənə niyə 30 manata satmalıdır ki? Bu nə alverçilikdir?! Axı mənim başqa yerdən qeydiyyat şəhadətnaməsi almaq şansım yoxdur ki, ucuz yer axtaram”.

“Eyni şey xarici pasport üçün də keçərlidir. Dövlət öz vətəndaşına xarici pasportu niyə 60 manata satmalıdır?! Bu sənədin maya dəyəri neçəyədir?” – deyə Natiq Cəfərli fikirlərini tamamlayıb.

Oxunub: 327
Oxşar xəbərlər
SON XƏBƏRLƏR