“Facebook” şirkəti genişmiqyaslı kəsilmədən sonra artıq bütün tətbiq və xidmətlərinə girişi bərpa etməyə başlayıb.
Djb.az Apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin “Twitter” səhifəsində bildirilib.
“Bizə güvənən geniş insan icmaları və işadamları üçün: üzr istəyirik. Tətbiqlərimizə və xidmətlərimizə girişi bərpa etmək üçün çox çalışırıq və hazırda yenidən onlayn olduqlarını bildirməkdən məmnunuq. Səbriniz üçün təşəkkür edirik”, - şirkətin paylaşımında belə deyilir.
Qeyd edək ki, artıq Azərbaycanda da “Facebook”, “WhatsApp” və “Instagram”ın fəaliyyəti bərpa olunub.
Oxunub: 347