dini radikalizm və ekstremizmlə mübarizə

Azad olunan ərazilərdə mühəndis-istehkam bölmələri 11900 hektardan çox ərazini minalardan təmizləyib

Azad olunan ərazilərdə mühəndis-istehkam bölmələri 11900 hektardan çox ərazini minalardan təmizləyib

Azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan ASFAT AŞ şirkəti tərəfindən istehsal olunan "MEMATT" (Mexanik Mina Təmizləmə Təchizatı) texnikalar verilib.

Djb.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbaut xidmətindən APA-ya verilən məlumata görə, bu texnikalar yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb edilib.

İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 11900 hektardan çox ərazi minalardan təmizlənib. Ümumilikdə 16000-dən çox mina və partlamamış döyüş sursatı utilizasiya edilib.

Hazırda azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Oxunub: 536
Oxşar xəbərlər
SON XƏBƏRLƏR