dini radikalizm və ekstremizmlə mübarizə

Efir məkanında cari ildə kompleks profilaktikanın aparılmasına dair qrafik tərtib olunub

Efir məkanında cari ildə kompleks profilaktikanın aparılmasına dair qrafik tərtib olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən il ərzində bir neçə dəfə radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında kompleks profilaktika işləri aparılır.

Djb.az xəbər verir ki, Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, texniki tələb olan kompleks profilaktikada məqsəd bütün yayım avadanlıqlarında, onların anten-fider sistemlərində müvafiq test-yoxlama, sazlama, təmir-bərpa və digər profilaktik işlərin aparılmasından ibarətdir.

Kompleks profilaktika zamanı bütün radio və televiziya proqramlarının yayımı həm studiyalarda (proqram istehsalçıları tərəfindən), həm də radio-televiziya yayım stansiyalarında (proqram yayımçısı olan “Teleradio” İB tərəfindən Bakı Teleqüllə Kompleksi daxil olmaqla, ölkə üzrə digər 126 stansiyada) dayandırılır.

Qeyd edək ki, Bakı Teleqüllə Kompleksində fors-major halları baş verəcəyi zaman yayımlarda dayanma olacağı halda alternativ stansiya olaraq yayımları həyata keçirmək üçün Alternativ Radio-Televiziya Yayım Stansiya yaradılıb.

Eyni zamanda, rəqəmli sosial TV paketin də yayımı alternativ RTYS-dən mümkündür. Lakin bunun üçün proqram istehsalçıları kompleks profilaktika zamanı yayım materialını təqdim etməlidir.

Oxunub: 493
Oxşar xəbərlər
SON XƏBƏRLƏR