dini radikalizm və ekstremizmlə mübarizə

Azəriqaz rəhbəri abonentlərlə sosial şəbəkə vasitəsilə canlı bağlantı yaradacaq

Azəriqaz rəhbəri abonentlərlə sosial şəbəkə vasitəsilə canlı bağlantı yaradacaq

“Azəriqaz” İstehsalat Birliyinin əsas hədəflərindən biri də abonent məmnuniyyətinin təmin olunmasıdır. Bu sahədə təkcə qaz təchizatının normal rejimlərdə həyata keçirilməsi deyil, digər mühüm məqamlara da diqqət ayrılır.

“Azəriqaz”dan KONKRET.az-a verilən məlumata görə, abonentlərin rahatlığı üçün bir sıra təşəbbüslər göstərilir. Növbəti belə təşəbbüs isə Birliyin baş direktoru Ruslan Əliyevin sosial şəbəkə üzərindən abonentlərlə birbaşa bağlantısının yaradılmasıdır. Qeyd edək ki, baş direktorun “Azəriqaz” İstehsalat Birliyinin Facebook sosial şəbəkəsi üzərindən canlı yayımı yanvarın 22-də saat 14:00-da planlaşdırılır.

Bu görüşlərin hər həftənin cümə günü təşkil olunması nəzərdə tutulur.

Oxunub: 567
Oxşar xəbərlər
SON XƏBƏRLƏR