dini radikalizm və ekstremizmlə mübarizə

II Dünya müharibəsi veteranı əlil arabası ilə təmin edilib

II Dünya müharibəsi veteranı əlil arabası ilə təmin edilib

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun tapşırığı ilə Ağdaş rayon sakini II Dünya müharibəsi veteranı İslam Həsənov Həsənbala oğlu əlil arabası ilə təmin edilib.

Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Ağdaş rayon Veteranlar Təşkilatının sədri Elton Hacıyev, rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı, İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov, rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev,“Ağdaş” qəzetinin redaktoru Tofiq İsayevin iştirakı ilə əlil arabası II Dünya müharibəsi veteranına təhvil verilib. 6 ildir ki, yataq xəstəsi olan qocaman veteran İslam Həsənov və ailə üzvləri ona göstərilən diqqət və qayğıya görə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynova minnətdarlığını bildirib.

Oxunub: 425
Oxşar xəbərlər
SON XƏBƏRLƏR