dini radikalizm və ekstremizmlə mübarizə

Rüfət Quliyev 2 oğlunun təhsili ilə bağlı çıxan xəbərə cavab verdi: “Rəqəmlər çox şişirdilib”

Rüfət Quliyev 2 oğlunun təhsili ilə bağlı çıxan xəbərə cavab verdi: “Rəqəmlər çox şişirdilib”

“Bu gün haqqımda çıxan xəbərə ironiya ilə baxıram”.

Bunu KONKRET.az-a açıqlamasında iki oğlunun təhsili ilə bağlı çıxan xəbərə münasibət bildirərkən deputat Rüfət Quliyev deyib.

O, son dövrlər bir çox qurumları tənqid etdiyini bildirib:

“Təəssüf ki, onlar mənim tənqidimi təhqir kimi qəbul edirlər, bu yolla susdurmağa çalışırlar. Amma məni susdurmaq qeyri-mümkündür. Cənab prezident deputatlara tapşırıq verib ki, harada nöqsan gördünüzsə, səsləndirin və təkliflərinizi irəli sürün. Niyə bəzi insanlar tənqidi təhqir kimi qəbul edirlər”.

Rüfət Quliyev heç kimi təhqir etmədiyini vurğulayıb:

“Sadəcə təkliflərimi irəli sürürəm. Mən haqqımda çıxan məlumatlara ironiya ilə baxıram. Xəbərdə rəqəmlər çox şişirdilib”.

Oxunub: 618
Oxşar xəbərlər
SON XƏBƏRLƏR