dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağ qazisi Seminarist Şərifov dünyasın dəyişib


Azərbaycan xalqı və torpaqlarımız tarixən yadellilərin təzyiq və hücumlarına məruz qalıb. Bu zaman sayseçmə oğullar silaha sarılaraq yurdumuzun müdafiəsində dayanıblar. 1988-ci ilin fevral ayında başlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi (müharibəsi) zamanı da belə oldu. Erməni terrorçuları öz din qardaşlarının köməyilə dədə-baba ərazilərimizə təcavüz etdilər. Belə yaşayış məntəqələrindən biri də Qazax rayonunun Yuxarı Əskipara kəndidir. O zaman bu kənd, habelə, Qazaxın bir neçə yaşayış məntəqəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Kənd sakinləri rayonun müxtəlif guşələrində məskunlaşdılar. Belə şəxslərdən də biri 1951-ci il yanvar ayının 1-də Yuxarı Əskipara kəndində doğulmuş Şərifov Seminarist Qayıb oğlu idi. Seminarist könüllü halda yeni yaradılan Azərbaycan Ordusuna daxil oldu.Bir çox uğurlu döyüş əməliyyatlarında iştirak edən S.Şərifov Qazax rayonunun Yuxarı Əskipara kənd sakini Nərminə Dursun qızı ilə ailə həyatı qurdu, 3 qız, 1 oğul övladları dünyaya gəldi. Seminarist müəllim Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu(Akademiyasını) bitirmişdi, iqtisadiyyatın müxtəlif sahələrində çalışmışdı.
S.Şərifov 2020-ci il aprelin 8-də dünyasını dəyişdi. O, Qazax rayon rəhbərliyinin, ziyalıların, şəhid ailələrinin və qazilərin iştirakı ilə Ağköynək kənd qəbristanlığında dəfn olundu.
Yeri gəlmişkən deyim ki, Qazax rayon sakinləri, ziyalılar, şəhid ailələrinin üzvləri və Qarabağ qaziləri rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdan razılıq edirlər.

Allah rəhmət eləsin.Amin.

Şamil Sabiroğlu,
Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri,
"medonline.az" və "xebertv.az" saytlarının xüsusi müxbiri.

Oxunub: 907
Oxşar xəbərlər
SON XƏBƏRLƏR