1 mart tarixindən Lüksemburqda bütün ictimai nəqliyyat pulsuz fəaliyyət göstərir.
Open.az xəbər verir ki, ilk dəfədir ki, belə bir proses bütün ölkə daxilində həyata keçirilir.
Hökumət bu addımı avtomobil yollarının yükünün azaldılması üçün atdıqlarını bildirib. Çünki hər gün 200 minə yaxın insan Almaniyadan, Fransadan, Belçikadan Lüksemburqa işə gəlir.
Qeyd edək ki, Lüksemburqun əhalisi 607 min nəfərdir.
Oxunub: 487