24 yanvar 2020-ci il tarixdə Biləsuvar Peşə liseyində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə “Sosial şəbəkələrdən düzgün istifadə qaydaları” layihəsinin ikinci təlimi baş tutdu. Əvvəlcə layihə rəhbəri Şahruz Məmizadə layihə barədə gənclərə ətraflı məlumat verdi. Bildirdi ki, layihə gənclərin sosial şəbəkələrdən düzgün istifadə qaydaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin həyata keçirilməsindən ibarətdir. Layihənin birinci təliminin uğurla yekunlaşdığını bildirən layihə rəhbəri qeyd etdi ki, artıq gənclərimiz sosial şəbəkələrdən düzgün istifadə qaydaları ilə bağlı kifayət qədər məlumat əldə edərək bu istiqamətdə düzgün maariflənirlər. Gənclərə bu şəraiti yaratdığına görə Gənclər Fonduna bir daha təşəkkürümü bildirirəm. Daha sonra çıxış edən təlimçi Elnur Hüseynli gənclərə sosial şəbəkələrdən düzgün, məqsədyönlü və təhlükəsiz istifadənin əhəmiyyəti, eyni zamanda Azərbaycan həqiqətlərini, Azərbaycanın uğurlarını dünya ictimaiyyətinə çatdırmaq üçün həştəqlərdən kütləvi istifadənin əhəmiyyəti, internetdəki imkanlardan istifadə edərək düzgün maariflənmək, məlumatlılığı artırmaq barədə geniş söhbət açdı. Təlim gənclərin iştirakı ilə praktiki məşğələlərlə davam etdirildi. Sonda təlimdə fəal iştirak edən gənclərə sertifikat və qiymətli hədiyyələr təqdim olundu.
Elnur Hüseynli
Oxunub: 783