Bu gün bir jurnalist olaraq öz fəaliyyətimi araşdırsam, mən öncə televiziya jurnalistiyəm. Və bunu ana televiziyamız olan Az.tv dəki müsahibələrim, uğurlu verilişlərim deməyə əsas verir. Amma yazılarıma olan sevgim daha dərindir... Bu gün televiziyada yayımlanan sosial yönlü verilişlər haqqında danışmaq istəyirəm... Bunu müxtəlif kanallar öz təbirincə tamaşaçıya çatdırmağa çalışır... Alınır, alınmır əlbəttə ki, son soz tamaşaçınındır... Amma bu verilişlərin bütün dünyada aktual olmasını nəzərə alsaq demək ki, bu bizim tv lərdən də yan keçməməlidir. Mən bir müddət Atv telekanalında yayımlanan Zaur Baxşəliyevin layihə rəhbəri olduğu verilişdə ekspert qismində iştirak etdim. Və veriliş bitən kimi məni tanıyanlar da tanımıyanlar da bir ağızdan soruşdular: doğurdanmı insanlar nicat tapır, onlara kömək olunur yoxsa bu bir şoudur?
Əlbəttə insanların hər addımbaşı şou ilə çarpışdığı bir zamanda, bəlkə də başqa sosial yönlu verilişlərdə bu kimi hallarla qarşılaşdığına görədimi bu suallar?Bilmirəm... Çünki mən o verilişlərdə olmamışam. Amma nə qədər dürüst və səmimi olduğumu bilən insanlar bilirdilər ki, mən şahidi olduğum həqiqəti açıqlayacağam... Şousuz filansız... Nədir mənim gördüyüm həqiqət?
Həqiqət odur ki, böyük bir komanda gecəsini gündüzünə qatıb həyatın dibində olanları üzə çıxarmaq istəyirlər... Həqiqət odur ki, prodüser Faiq Ələkbərov layihənin səviyyəli şəkildə alınması üçün əlindən gələni də gəlməyəni də edir. Rejissor pultu arxasında oturan insanların əziyyəti isə göz qabağındadı... Və əsas qəhrəman Zaur Baxşəliyev! Bəlkə də Atv nin siması olaraq kimlərsə onu görməkdən yorulub... Amma qaranlıq həyatlarında ümid işığı yandıran bu insana ehtiyacı olanlar hər dəfə onu görəndə nəsə bir möcüzənin baş verəcəyinə inanmaq istəyirlər... Möcüzə isə baş verir, elə hər birimizin gözü önündə: kimi evlənir, kimi iş tapır, kimi yuvasına qovuşur, kimi xəstə balasını sağlam evinə aparır... Və belə misallar yüzlərlədir... Şousuz,filansız...
İndi siz deyin... Kiçik işdimi bu sadaladıqlarım... Axı bəzən bircə insana belə kömək etmək savabını düşünsək bu savabın böyüklüyünü təsəvvür etmək çətin deyil...
Efirin öz qaydaları var... Mən dəfələrlə bu layihədə oldum Zaur Baxşəliyevin son dərəcə mədəni, sadə xalqla rəftarında səmimiliyi müşahidə etdim və öz özlüyümdə düşündüm ki, bu qədər ağrı-acının içərisində o necə baş çıxarır... Hətta bir dəfə dəhlizdə onu tutub "doğurdanmı bu qədər kədəri öz içində keçirirsən" soruşdum. Cavabında isə o ağaran saçlarını göstərdi...
Bir şeyi də vurğulayım... Hansısa dahi deyib ki, xoşbəxt insanlar bir-birinə bənzəyirlər, bədbəxtlər isə fərqlidir... Bu fərqli talelər isə həyatın bütün çətinliklərinə rəğmən xoşbəxt olmağa can atır... Və təkcə inam belə bu sadəti onlara yaşatmağa qadirdir... Bu inamı onlara "Bizimləsən" komandası verməkdə davam edir...
Həyatın dibinə yuvarlanmış insanları üzə çıxarmaq, onlara "bizimləsən" deməkdən gözəl başqa bir şey düşünmürəm...
P.S Yenə növbəti günlərdən biri... "Bizimləsən" tamaşaçıları salamlayır... Hər şey eynən mən gördüyüm kimidir... Dəyişən bircə şey var: fərqli insanlar... Onların baxışlarındaki kədər, nisgil məni də kövrəldir... Gözüm Zauru axtarır... Zaur efirdədir... Gözlərinin dərinliyindəki yorğunluq aydın görünür... Amma insanlara ən pozitiv, ən xoş dəqiqələr bəxş etməkdən yorulmur... Qürurla Bizimləsən deyən Bizim Zaur...
Təranə Feyzullayeva
Oxunub: 746