Yanvar ayının 14 də Azərbaycan Nəşriyyatında fəaliyyət göstərən " Yurd " ədəbi - bədii jurnalı redaksiyasında tanınmış şair və yazıçıların, içtimai birlik rəhbərlərinin , yaradıcılığa yeni qədəm qoymuş şairlərin iştirakı ilə ədəbi müzakirələr keçirilmişdir. Jurnalın baş redaktoru , AYB - nin və AJB - nin üzvü Prezident təqaudçüsü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı , şair - publisist Balayar Sadiq yaradıcı qələm dostlarını salamladı və ötən ilin yekunları ilə bağlı uğurlardan danışdı . Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş " Cahana siğmazam " kitabının Yazıçılar birliyində keçirilmiş möhtəşəm tədbirindən danışan Balayar müəllim qələm sahiblərinə təşəkkürünü bildirdi.
Onu da qeyd edək ki, almanax kitabın baş məsləhətçisi , Xalq şairi Fikrər Qoca , redaktoru, kitaba məsul , tərtibçilər başda Balayar Sadiq olmaqla Xanoğlan Xanın , Pustə Rəvanın , Tamella Pərvinin , Aygün Huseynin , Minarə Siğnaqın , Elmira Aslanxanlının ( Turan) , Gülnarə Feyruzqızının, Nəcibə Şərurlunun xidmətləri alqışlarla qarşılandı.
Kitabda müxtəlif ədəbi nəsillərin və çoxçeşidli ədəbi- bədi düşüncəyə malik qələm adamlarının şeirləri toplanıb.
Qeyd olundu ki, Balayar Sadiq " Könül elçisi " mükafatı da təsis etmiş və ədəbiyyat sahəsində əsasən fərqlənənlər bu mükafata layiq görülürlər.
Sonra Hacıxanım Aygun Huseyn, Məsədixanım Elmira Aslanxanlı , Pustə
Rəvan və bu sətirlərin müəllifi Turkiyənin Sivas səhərində keçirilmiş beynəlxalq Şeir
festivalından unudulmaz xatirələr danısdılar. Azərbaycan İraq Mədəni Əlaqələr ictimai birliyinin sədri, Dünya Sülh səfiri Tahirə Məmmədova
" Cahana siğmazam" kitabının əhəmiyyətindən danısdı vurğuladı ki bu günlərdə Şamaxı Rəsədxanasında , Azərbaycan Milli kitabxanasında da gorkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı silsilə tədbirlər də keçirdik. Tahirə xanım vurğuladı ki, Rauf İlyasoğlunun, Pustə Rəvanın istirakı ilə Turkiyənin Fethiyə rayonunda keçirilmiş Beynəlxalq Dostluq Barış festivalında söylədikləri vətənpərvər ruhlu şeirlər alqışlarla qarşılandı.Hər bir qələm sahibi Qarabağ həqiqətlərini dünyaya bəyan etməli və xalqımızın sulh sevər bir xalq oldugunu vəsf etməlidir.
Nankir qonşularımiz olan ermənilər doğma Qarabağımızı və ona bitişik rayonlarımızı 27 ildir ki, işğal altında saxlayır.
Şairlər öz sozlərini şeirlə vəsf edir. Qələminiz daha iti və kəsərli olsun. Və bu gün Balayar Sadiqin təşkilatçılığı ilə keçirilmiş bu tədbir yaddaşımızdan uzun illər silinməyəcəkdir.
Şairlərdən Tahir Abdulov( Uluqaya ) ,Ənvər Duruçalı, Gülmaya İsmayılova , İltimas Səmimi , Almaz Alıqızı və başqaları vətənpərvər ruhlu şeirlər söylədilər.
Çıxış edənlər uzun illər mətbuat sahəsində xidmətlər göstərmiş Bayar Sadiqın xidmətlərini yüksək qiymətləndirdilər.
Tədbir iştirakçılarına " Yurd " jurnalı , " Həkəri " qəzeti və digər kitablar təqdim olundu.
Sonra xatirə səkli çəkildi.
Rauf İlyasoğlu.
Həkəri " qəzetinin baş redaktoru, şair- publisist
Oxunub: 863