dini radikalizm və ekstremizmlə mübarizə

ƏƏSMN: Prezidentin sərəncamı Qarabağ əlilləri və şəhid ailələrinə fərdi evlərin tikintisinin uğurla davam etdirilməsinə təminat verir

ƏƏSMN: Prezidentin sərəncamı Qarabağ əlilləri və şəhid ailələrinə fərdi evlərin tikintisinin uğurla davam etdirilməsinə təminat verir

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 24 dekabr 2019-cu il tarixli sərəncamı bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının dövlət başçısının daim diqqət mərkəzində olduğunu bir daha təsdiq edir”.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Sərəncamda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə 20 milyon 610 min manatın ayrılması tapşırılır ki, bu da respublikamızın bölgələrində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni fərdi yaşayış evlərinin tikintisi işlərinin uğurla davam etdirilməsinə təminat verir.

Eyni zamanda, Prezident İlham Əliyev gələn il ən azı 1500 mənzil və fərdi evin verilməsinin nəzərdə tutulduğunu bildirib: “Göründüyü kimi, dövlət başçısının şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısı həmin insanların mənzillə təminatı tədbirlərinin gələn il də yüksələn xətt üzrə davam edəcəyinə, növbəti ildə daha 1500 şəhid ailəsinin və müharibə əlilinin mənzillə və fərdi evlərlə təmin ediləcəyinə zəmin yaradır. Yeni sərəncam da bu məqsədə doğru atılan mühüm bir addımdır”.

Oxunub: 510
Oxşar xəbərlər
SON XƏBƏRLƏR