dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyəli mədəniyyət və incəsənət adamları "Təzadlar"ın qonağı oldu


Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Beynəlxalq sülh səfiri Tahirə Məmmədovanın təşkilatçılığı və dəvəti ilə türkiyəli mədəniyyət və incəsənət adamlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Dünən AİMƏİB-nin sədri Tahirə Məmmədova, Azərbaycanda səfərdə olan AİMƏİB-nin Türkiyə üzrə təmsilçisi, şair, qəzetçi, Fetav Kültür Komisyonu üyesi, heykəltaraş Mustafa Taner, Almaniyada yaşayan iş adamı Yalçın Türkay, Turkiyə və Azərbaycan yazarlar birliyinin üzvü, Anadolu Sənətcilər Birliyinin sədri, 39 kitab müəllifi şair, qəzetçi, bəstəkar Sabit İncə, eləcə də şair Fəsih Alıoğlu, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin Qazax rayonu üzrə təmsilçisi, xeyriyyəçi Aydın Rəhimov və AİMƏİB-nin mətbuat xidmətinin rəhbəri, şair-publisist Rauf İlyasoğlu "Təzadlar" qəzetinin qonağı oldular.

Qəzetmizin baş redaktoru Asif Mərzili dövlət əhəmiyyətli tədbirdə olduğundan qonaqları salamlayaraq onlara "Öz evinizə xoş gəlmisiniz!" demək mənim üzərimə düşdü.

Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə edən milli konsepsiyanı xatırladan qonaqlar iki qapdaş ölkənin insanlarının qəlbən və ruhən bir-birinə bağlı olduğunu vurğulayaraq belə bir qarşılanmadan məmnunluq duyduqlarını bildirdilər. Xüsusən də onları həyəcanlandıran məqam "Təzadlar"ın redaksiyasına daxil olarkən böyük Atatürkün portreti həkk olunmuş al bayraqla qarşılanmaları idi…

Səmimi və mehribanlıq şəraitində keçən söhbət zamanı türkiyəli qonaqlara "Təzadlar" qəzetinin fəaliyyəti haqqında geniş məlumat verildi, 1993-cü ildən "Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!" şüarı ilə ilk sayı işıq üzü görən qəzetin bu gün də ictimai fikrin formalaşmasında, maarifçilik ənənələrinin, vətənpərvərlik ruhunun, bütün müsəlman xalqları ilə dostluq, qardaşlıq əlaqələrini qurulması təbliğində böyük rol oynadığı bildirildi. Baş redaktor Asif Mərzilinin və redaksiya heyətinin qəzetin ilk tarixi missiyasının hər zaman qorumağa çalışdığı, vətəndaş həmrəyliyi və birliyi, bütün türkdilli xalqların birliyi, azad sözün və mətbuatın, həqiqətin, haqqın, ədalətin təbliği və bu ideyalara sadiq qaldığı qonaqların diqqətinə çatdırıldı.

Qonaqlar da öz növbəsində, doğrudan da bizim təkcə dilimizin, dinimizin, mədəniyyətimizin deyil, həm də ruhumuzun, düşüncəmizin sıx bağlı olduğunu qeyd etdilər.

Türkiyəli qonaqlar belə səfərlərin iki ölkə, həmçinin "Təzadlar" arasında əlaqələrin daha da inkişafına səbəb olacağını vurğuladılar.

Əməkdaşımız Elçin Məmmədlinin söylədiyi vətənpərvərlik ruhlu şeirlər Almaniyadan gəlmiş iş adamı Yalçın Turkayla yanaşı, hər kəsi duyğulandırdı.

Anadolu Sənətcilər Birliyinin sədri Sabit İncə baş redaktor Asif Mərziliyə salamlarını və rəhbərlik etdiyi qurumun təsis etdiyi Fəxri Sertifikatı çatdırmağımı xahiş etdi (eləcə də bu sətirlərin müəllifi həmin fəxri mükafata layiq görüldü).

Sonra qonaqlar redaksiya heyəti ilə xatirə şəkli çəkdirdilər.

Türkiyəli mədəniyyət və incəsənət adamları "Təzadlar"ın qonağı oldu








Oxunub: 630
Oxşar xəbərlər
SON XƏBƏRLƏR