Bu gün Sumqayıt şəhərinin 6 cı mikrorayonunda qardaşım gilə getmisdim.
Allah ona da şəfa versin.
Adətən əksər yeni hündurmərtəbəli binalarda qapılar kartladır. Heç kəs kartsız içəri keçə bilməz. Liftə daxil oldum.Hələ birinci dəfə esidirəm ki liftdən istifadə də kartla olarmış. Sonradan öyrəndim ki, sakinlərdən kim ayliq lift pulu vermirsə, onda o adam liftdən istifadə edə bilməz. Deməli pulun varsa, liftlə qalx, pulun yoxdursa pilləkənlə.
Fikirləsirəm ki nə yaxşı ki 10 cu mərtəbəyə qalxiram .
Bəs bu binalar 40 mərtəbəli olsaydi, görəsən neyləyərdik? Buna da şükr etdim ki nə yaxşı ki ,işıqlar keçmir, yoxsa iki saat liftdə qalib birtəhər olardım ki. İşbazlar hər bicliyə əl atırlar. İnsanları necə bezdirmək olar ?
Hətta cərlətmək də olar. Liman klinikasının yanında yerləşən bu hündurmərtəbəli binanın qocaları, usaqları , xəstələri görün nələr çəkir ?
Dövlət bir tərəfdən pensiya yaşını qaldırıb , digər tərəfdən iş tapılmır ki vətəndaşlar normal vəziyyətdə işləsin , ailəsini heç olmasa kişi kimi dolandırsın.
Dilxor vəziyyətdə evə qayıdarkən avtobusa təzəcə minmişdim ki bir dilənçi qadın əl açıb dilənirdi ki,dərman almağa pulum yoxdur. Usağım xəstədir. Kömək edin.
Ölkəni idarə edənlərin yerinə xəcalət çəkdim və dilimin altına bir validol qoyub bir təhər əsəblərimi qorumağa başladım. Amma ürəyimin sıziltısı getmir.Tıxaclar isə imkan vermirdi ki, vaxtında mənzilimə catam.Yol
gələ- gələ hey fikirləşirəm ki qarşıdan üç yas yerinə mutləq getməliyəm, iki toya da çağırıblar. Bəlkə də belə cətinliklərlə millətin başını qatırlar ki, heç kəs nə tətil eləsin, nə də Qarabag yada düşsün.
Amma aylarla ac qalmağa razıyam , təki torpağımıza sahib çıxaq .Yurdumuza qayıdaq.
Allahdan məmurlarımıza insaf, bizim kimi çətin durumda yaşayanlara isə səbrdən çox , sağlam can və pul yetirməsini arzulayıram .
Rauf İlyasoğlu