dini radikalizm və ekstremizmlə mübarizə

Muxtar Babayev: "Azərbaycanda hava-iqlim prosesləri ilə bağlı risklər artır"

Muxtar Babayev: "Azərbaycanda hava-iqlim prosesləri ilə bağlı risklər artır"

"İqlimin sürətlə istiləşməsi tendensiyası ölkəmizdə də özünü biruzə verir. Hava-iqlim prosesləri ilə bağlı risklər artır".

APA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, araşdırmalara görə, 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,40 dərəcə yüksəlib: "İki dövr arasında - 1961-1990 və 1991-2017-ci illər üzrə aparılmış müqayisəli təhlillərə görə, Azərbaycanda atmosfer yağıntılarının miqdarı orta hesabla 14 % azalıb. Bu proseslərin qarşısını almaq mümkün deyil, lakin beynəlxalq təcrübə göstərir ki, əvvəlcədən xəbərdarlıq verməklə onların fəsadlarını nisbətən yumşaltmaq olar. Təhlükəli hidrometeoroloji hadisələrə qarşı dayanıqlığı təmin etmək məqsədi ilə ölkədə erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb. Hidrometeoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinə xidmət göstərən müasir müşahidə sistemləri olan radarların, atmosferdə müxtəlif hündürlüklər üzrə baş verən dəyişmələri izləmək üçün radiozondların, dəniz avtomat hidrometeoroloji stansiyaların tətbiqi və modernləşdirilməsi işləri görülür".

Nazir qeyd edib ki, havaların isti keçməsi ilə əlaqədar bəzi bölgələrdə yağışın intensivliyi azalıb: "Dənizkənarı bölgələrdə, Abşeron yarımadasında, ölkənin cənubu və şimalında yağışlar daha intensiv xarakter daşıyır. Amma digər rayonlarda azalma baş verir. Bu regionlarda iqlim proseslərinin dəyişməsinin proqnozlaşdırılan risklərinin üstündə çalışmalıyıq. Bu risklərin qarşısını almaq üçün yumşaldılma prosesi getməlidir”.

Oxunub: 552
Oxşar xəbərlər
SON XƏBƏRLƏR