dini radikalizm və ekstremizmlə mübarizə

Bərdə rayonunda xüsusi qayğıya ehtiyacı olanlarla bağlı ictimai müzakirələr keçirilib

Bərdə rayonunda xüsusi qayğıya ehtiyacı olanlarla bağlı ictimai müzakirələr keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində ƏƏSM Nazirliyi yanında İctimai Şura ilə birgə Bərdə rayonunda şəhid ailələri, müharibə veteranları, qaçqın və məcburi köçkünlərin sosial hüquqlarına dair maarifləndirmə mövzusunda tədbir keçirilib.

Bərdə Şəhəri Bələdiyyə evində baş tutan tədbir Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri (QMƏVŞA) İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə Bərdə, Tərtər, Mingəçevir, Yevlax, Ağdam, Ağcabədi rayonlarından olan şəhid ailələri, müharibə veteranları, məcburi köçkünlər, aztəminatlı şəxsləri iştirak edib. İctimai müzakirələr Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Qarayev, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Bərdə rayon üzrə nümayəndəsi Yunis Məmmədov, ƏƏSM nazirliyinin, Məşğulluq İdarəsinin yerli nümayəndələri, ekspertlər, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan ƏƏSM Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev ölkədə aparılan sosial islahatlardan, yeni çağırışların əhəmiyyətindən söz açıb. O, həyata keçirilən layihənin məqsədi və məramı haqda iştirakçılara məlumat verib, sosial əlaqələndirmə və sosial çağırışların düzgün dəyərləndirilməsində dayanıqlılığının təmin edilməsi ilə vətəndaşların sosial maarifləndirilməsinin əhəmiyyətindən danışıb. Qarabağ Müharibəsi Əlilləri, Şəhid Ailələri, Veteranlar İctimai Birliyinin (QMƏVŞA) sədri Mehdi Mehdiyev ölkədə aparılan sosial islahatlara dair cəmiyyətin maarifləndirilməsi sahəsində tədbirlərin əhəmiyyətinə toxunub, müharibə veteranlarının problemlərinin həlli istiqamətində dövlət və vətəndaş cəmiyyəti qurumlarının birgə fəaliyyətinin zəruriliyini qeyd edib.

İctimai Şura üzvləri İradə Rzazadə, Mirhəsən Həsənov, Məmmədhəsən Həsənov, Zaur Quliyev dövlət-vətəndaş münasibətlərində şəffaflığın artırılması, sosial islahatlara əlçatanlığın təmin edilməsi, məşğulluq imkanlarının artırılması üçün görülən tədbirlərdən söz açıblar. Layihə çərçivəsində sosial maarifləndirmə məqsədi ilə tədbirlərin əhəmiyyətini vurğulayıblar. Vətəndaş müraciətlərinin araşdırılması, həssas insanların problemlərinin həlli üçün müvafiq ekspert xidmətlərinin təşkili, eləcə də müvafiq dövlət qurumları ilə sosial əlaqələndirilmə haqda iştirakçılara məlumatlar verilib.

Daha sonra şəhid ailələri, müharibə veteranları, məcburi köçkünlərin qaldırdığı torpaq, sosial müavinət, məşğulluq, mənzil təminatı və.s məsələlər ətrafında müzakirələr aparılıb, bir sıra vacib məsələlər yerli dövlət qurumları, vətəndaş cəmiyyəti qurumları ilə müzakirələrdən sonra, nəzarətə götürülüb və yaxud icrası ilə bağlı yerindəcə tapşırıqlar verilib.

Oxunub: 498
Oxşar xəbərlər
SON XƏBƏRLƏR