YAP Gəncə şəhər təşkilatının sədri Milli Məclisin deputatı Naqif Həmzəyev təşkilatının qərargahında bir qrup ərazi ilk partiya təşkilatının sədri və partiya fəalları ilə görüşüb.
Təşkilatın qərargahında keçirilən görüşü millət vəkili Naqif Həmzəyev açaraq cari ilin dekabr ayında ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkilərinə toxunaraq, bu siyasi kampaniyada ilk partiya təşkilatlarının yüksək səviyyədə səfərbər olmasının vacibliyini diqqətə çatdırıb: “Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi, builki bələdiyyə seçkilərinin də şəffaf, azad, demokratik şəraitdə keçirilməsi üçün öz iradəsini ortaya qoyub. Qarşıdan gələn bələdiyyə seçkilərində namizədlərin düzgün seçimi çox vacibdir. Zamanın tələbinə uyğun qabiliyyətli, təşkilatçı, təcrübəli, yaxşıların yaxşısı yerli özünüidarəetmə orqanlarına seçilməlidir. Ölkəmizdə bələdiyyə institutunun formalaşması, yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti üçün hər cür imkan və şərait var. Bunu dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri bir daha sübut edəcək və ölkəmizdə demokratik inkişafın əyani ifadəsinə çevriləcək.
Bu gün bələdiyyə orqanlarına seçilənlər arasında gənclərin və qadınların sayının az olmasını vurğulayan millət vəkili bildirib ki, Yeni Azərbaycan Partiyanın seçki platformasında bələdiyyə orqanlarına seçkilərdə gənclərin və qadınların namizədliklərinin irəli sürülməsi istiqamətində təklifləri təqdirəlayiqdir.
Görüşdə Azərbaycanın bu günkü uğurlarına, tərqqisinə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin cəmiyyət tərəfindən sərt reaksiya ilə qarşılndığı da qeyd edilib.
Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi fəaliyyətini, təbliğatını həyata keçirən siyasi partiya olaraq Yeni Azərbaycan Partiyasının və onun ərazi ilk partiya təşkiatlarının üzərinə böyük məsuliyyət düşdüyünü bildirən partiya fəalları bundan sonra da daha fəal olacaqlarını, ölkəmizin ictimai-siyasi proseslərində ayıq-sayıq dayanacaqlarını qeyd ediblər.
Oxunub: 587