Şabran Rayon Polis İdarəsinin keçmiş rəisi Əli Mərdanov “Azərişıq” ASC-də vəzifəyə təyin olunub.
APA-nın verdiyi məlumata görə, Ə.Mərdanov “Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Ə.Mərdanov daxili işlər orqanlarında yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır.
Oxunub: 597