dini radikalizm və ekstremizmlə mübarizə

Səs-küydən başqa bir şey anlamayanlar

Səs-küydən başqa bir şey anlamayanlar
Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 170-171-ci ayələrində buyurur:

وَإِذَا قِیلَ لَهُمُ اتَّبِعُوا مَا أَنْزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا أَلْفَینَا عَلَیهِ آبَاءَنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا یعْقِلُونَ شَیئًا وَلَا یهْتَدُونَ
"Onlara (bütpərəstlərə) "Allahın nazil etdiyinə tabe olun!" - deyildikdə, "Xeyr, biz ancaq ata-babalarımızın getdiyi yola tabe olacağıq!" - deyə cavab verərlər. Hətta onların ata-babaları bir şey anlamayıb, hidayətdən uzaqlaşsalar da belə (yenə onların yoluna tabe olacaqlarmı?)

وَمَثَلُ الَّذِینَ كَفَرُوا كَمَثَلِ الَّذِی ینْعِقُ بِمَا لَا یسْمَعُ إِلَّا دُعَاءً وَنِدَاءً صُمٌّ بُكْمٌ عُمْی فَهُمْ لَا یعْقِلُونَ

"Kafirlərin (onları haqqa dəvət edənin) məsəli anlaşılmaz səs-küydən başqa bir şey eşitməyən heyvanın üstünə qışqıran şəxs kimidir (onlar kəlamı eşitsələr də, sanki onun mənasını anlamırlar). (Onlar) kar, lal və kordurlar, buna görə də düşünmürlər."

Milli.Az maide.az-a istinadən bildirir ki, kafirlər barəsindəki bu sayaq ifadələr onların nadanlıq və şüursuzluqlarından irəli gəlir. "Fılankəs kar, kor və laldır" - deyilirsə, bu onun düşünməzliyini göstərir. Elə buna görə də ayənin sonunda belə buyurulur:

...فَهُمْ لَا یعْقِلُونَ...

"Buna görə də onlar düşünmürlər."

Başqa bir ayədə isə agahlığın birbaşa hiss üzvləri ilə əlaqəsinə toxunulur:

وَاللَّهُ أَخْرَجَكُمْ مِنْ بُطُونِ أُمَّهَاتِكُمْ لَا تَعْلَمُونَ شَیئًا وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ لَعَلَّكُمْ تَشْكُرُونَ

"Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, şükür edəsiniz!" ("Nəhl" surəsi, ayə 78.)

İlkin insanın agahsızlığı təbiidir və o, bu nöqsanı yalnız ona verilən qulaq, göz və qəlb kimi orqanlarla aradan qaldıra bilər. Bu vasitələri əldən verən və yaxud onların roluna əhəmiyyət verməyən insan mütləq nadan bir ünsürə çevriləcək.

Kor-koranə təqlid

İnsanın rəftarları yaşadığı mühitdə təqlid və itaətin sayəsində formalaşır. Təqlid instinktindən məhrum olan uşaq təkamülə doğru addımlaya bilməz. Uşağın həyatında hər gün onun üzünə açılan yeni səhifə təqlidin nəticəsidir. Odur ki, təqlidi bünövrə kimi nəzərə almalıyıq. Lakin mərhələ və ya dövran keçdikcə, təqlidin yerini şüur və düşüncə tutmalıdır. Qurani-Kərimin bir çox ayələrində insan təfəkkürə dəvət edilir və ata, ana və ətraf mühitə kor-koranə itaətdən çəkindirilir. Məsələn:

وَلَا تَقْفُ مَا لَیسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَئِكَ كَانَ عَنْهُ مَسْئُولًا

"(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək - bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." ("İsra" surəsi, ayə 36.)

Qurani-Kərim müşrikləri daş, palçıq, ağac və metaldan düzəltdikləri bütlərə ibadətdən çəkindirərkən, onları şüur qüvvəsindən bəhrələnməyə dəvət edir. Ümumiyyətlə, təfəkkürə dəvət bütün ilahi peyğəmbərlərin məqsədinin əsasını təşkil edir. Misal üçün, Həzrət İbrahim (ə) öz əsrinin müşriklərinə belə xitab edir:

قَالَ هَلْ یسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ. أَوْ ینْفَعُونَكُمْ أَوْ یضُرُّونَ

"Onları çağırdığınız (onlardan hacət istədiyiniz) zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?" ("Şüəra" surəsi, ayə 72-73.)

Təəssüflər olsun ki, Həzrət İbrahimin (ə) dönəmindən İslam Peyğəmbərinin (s) dövrünə qədər müşriklərin cavabı eyni olub. Belə ki, bu adət-ənənə bizə əcdadlarımızdan qalıb və onu tərk etməyə ixtiyarımız yoxdur.

قَالُوا بَلْ وَجَدْنَا آبَاءَنَا كَذَلِكَ یفْعَلُونَ

"Onlar: "Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!" - deyə cavab verdilər." ("Şüəra" surəsi, ayə 74.)

İslam Peyğəmbərinin (s) dönəmində yaşayan müşriklər də elə həmin məntiqə əsaslanırlar:

...بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَیهِ آبَاءَنَا...

"Xeyr, biz ancaq ata-babalarımızın getdiyi yola tabe olacağıq!"

Həqiqətdə, şirklə tövhidi ayıran əsas məsələ budur və elə indinin özündə də belə hallar müşahidə olunur. Buna düşüncədən kənar kor-koranə təqlid deyilir. ("Qurani-Kərimdə ibrətamiz məsəllər", Ayətullah Cəfər Sübhani, 5-ci məsəl.

Nöqtələr

1. "Dua" yaxından çağırma, "nida" uzaqdan çağırma mənasını bildirir.

2. Uyğun ayədə iki təşbeh var: Haqqa çağıran kəs çobana, kafirlər isə çobanın dediklərindən yalnız onun fəryadını anlayan heyvanlara bənzədilir. Yəni Peyğəmbərə bildirilir ki, o, imansız qövmü haqqa çağırmaqda və yüzlərlə kor-koranə təqlidi aradan qaldırmaqda qoyunları təhlükədən qurtarmaq üçün səsləyən şəxsə bənzəyir. Amma bu fəryadı dərk etmirlər. Çünki onların gözləri və qəlbləri bağlanmışdır və əslində lal, kar, kordurlar.

Bildirişlər

1. Göz, qulaq və dil o zaman faydalı olur ki, düşüncəyə müqəddimə olsun. Yoxsa, elə heyvanların da gözü və qulağı var.

2. Yalnız düşüncə ilə yanaşı sorğu, dinləmə və görmə tanıma yoludur.

3. Haqqın dəvəti qarşısında biganəlik göstərənlərdə beş çirkin sifət var; heyvanlıq, korluq, karlıq, lallıq, ağılsızlıq. ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 1-ci cild, "Bəqərə" surəsi, 171-ci ayənin təfsiri.)

Oxunub: 612
Oxşar xəbərlər
SON XƏBƏRLƏR